Yük maşınının piyadanı vurma anı - ANBAAN VİDEO

Bakı-Sumqayıt yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə fevralın 6-sı axşam saatlarında Bakı-Quba magistralının Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.
Videogörüntülərdə hadisə yerinin yaxınlığında yerüstü piyada keçidinin olduğu görülür. Lakin piyada sürət həddi 90 km/saat olan, nəqliyyatın intensiv hərəkət etdiyi üçzolaqlı avtomobil yolunu keçməyə çalışır.
Hərəkətdə olan “Iveco” markalı yük maşını yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçməyə çalışan şəxsi vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiq ediblər. Şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında faktla bağlı araşdırma aparıldığını qeyd edib:
“Videogörüntülərdə qəzanı anbaan görmək mümkündür. Yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq, təəssüf ki, piyadanın hərəkət sürəti yüksək olan bu yolu hətta dəmir arakəsmələrə əhəmiyyət vermədən keçməsi son nəticədə belə bir faciənin baş verməsinə səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək insanları sözügedən qəzanın başvermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır”.
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var










