Yüksək sürət ağır qəzaya səbəb oldu – Sərnişin maşından havaya uçdu – ANBAAN VİDEO

Yüksək sürət qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın M-12 “Vostok” federal magistral yolunun 231-ci kilometrliyində, Sudoqodski rayonu ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, 40 yaşlı sürücü yolun boş olmasından istifadə edərək yüksək sürətlə idarə etdiyi “Honda” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Bundan sonra idarəetmədən çıxan “Honda” yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkət edərək bir neçə dəfə fırlanıb və bu zaman sərnişinlərdən biri avtomobildən yola düşüb.
Qəza nəticəsində 1991 və 1975-ci il təvəllüdlü 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yerli medianın yazdığına görə, sürücü təhlükəsizlik kəməri taxdığına görə, ona heç nə olmayıb.
Baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Həmin qəzanın görüntülərini təqdim edirik:
Namiq Musayev
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












