Yüksək sürət qəzaya səbəb oldu - VİDEO

Paytaxt Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzası qeydə alınıb.
Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. 21 yaşlı Niyaz Bədiyev idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan Əsgər Əsgərova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. "Jiquli"nin zərbəsinə tuş gələn “Mercedes” isə yol ötürücüsünün məhəccərinə çırpılıb.
Hadisə vaxtı "VAZ 2107"də olan sərnişinlər 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Qəzanın baş verməsinə əsas səbəblərdən biri kimi "Jiquli"nin sürücüsünün sürət həddini aşması göstərilir.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












