Yuxulu sürücü iki nəfərin həyatına son qoydu - VİDEO

İdarəetməni itirdi, yoluna çıxan insanları piyada keçidinə atdı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan video Çinin Vuhan vilayətində baş verib. Yol kamerasının qeydə aldığı görüntüdən məlum olduğu kimi bir-birindən əks istiqamətdə hərəkət edən piyada və maped sürücüsü anlıq idarəetməni itirən yük avtomobilinin qurbanına çevrilib. Piyada ilə sürücünü 7 metr uzağa - digər piyada keçidinin üzərinə tullayan yük maşını səkinin üzərinə çıxaraq məktəblilərə də anlıq təhlükə yaradıb. Mapedi paramparça olan sürücü aldığı xəsarətlərdən komaya yerləşdirilib. Yük avtomobilinin digər qurbanına çevrilən xanım piyada isə hadisə yerində keçinib. Qəzanı törədən şəxs yüngül zədələrlə şanslı qurtulub.
Aparılan araşdırmalar zamanı sürücünün yuxulu olduğu müəyyənləşib və cinayətə cəlb olunub. Həmçinin maped sürücüsünün də ön tərəfə baxmadığı və fikirli halda yolda hərəkət etdiyi qeydə alınıb.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












