Zaqatalada ağır qəza: Ölən və xəsarət alanlar var

Zaqatalada iki minik avtomobili toqquşub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə səhər saat 09:30-da Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ-2106 və VAZ-21011 markalı iki minik avtomobili toqquşub. Qəza zamanı VAZ-2106 markalı avtomobildəki sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ölən sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Qəzada biri azyaşlı olmaqla dörd nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
Qeyd edək ki, VAZ-2106-da olan şəxslər bir ailənin üzvləridir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












