Zaqatalada iki "Mercedes" toqquşub, xəsarət alan var

Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.
Hadisə bu gün axşam saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Zaqatala şəhər sakinləri olan 1987-ci il təvəllüdlü Ülvi Xıdır oğlu Əmirovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ramin İsmayıl oğlu Şabanovun idarə etdiyi “Mersedes” markalı digər avtomobil toqquşub. Qəza zamanı ağır qapalı kəllə-beyin travması alan Ülvi Əmirov komatoz vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü Ramin Şabanovun xəsarəti yüngül olduğundan o, müayinə edildikdən sonra evə buraxılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO












