Zaqatalada qəzada 1 nəfər xəsarət alıb, vəziyyəti ağırdır

Qəzalar 6 İyul 2020 09:02
Zaqatalada qəzada 1 nəfər xəsarət alıb, vəziyyəti ağırdır
WhatsApp kanalımıza abunə olun

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon ərazisində iki avtomobil toqquşub.

Hadisə zamanı 1976-cı il təvəllüdlü Quliyev Azad Məhyəddin oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona sol baldır sümüyünün yerdəyişən sınıqları diaqnozu qoyulub. A.Quliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Oxunub : 968
ŞƏRH YAZ
Ad

E-mail

Şərh