Zaqatalada qəzada ağır xəsarət alan yaralı Bakıya göndərilib

Zaqatalada baş verən yol qəzasında xəsarət alan sürücü Ülvi Xıdır oğlu Əmirovun vəziyyəti ağırlaşıb.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, o, bu səbəbdən Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, Ü.Əmirovun idarə etdiyi “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı ilkin tibbi yardım üçün əvvəlcə Zaqatala Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyətinin ağır olduğu nəzərə alınaraq paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin, bədənin müştərək travmaları diaqnozları qoyulub.
Hadisə zamanı daha bir nəfər də yüngül xəsarət alıb.
Xatırladaq ki, hadisə Zaqatala şəhəri ərazisində baş verib.
Fakt araşdırılır.
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO












