Zaqatalada üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Zaqatalada üç minik avtomobili toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Tala kəndi ərazisində baş verib.
Rayonun Aşağı Tala kənd sakini 1953-cü il təvəllüdlü Didiy Soltan oğlu Qazıyevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə rayon sakini Rəhman İsmayılovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəzadan sonra hər iki avtomobil yolun kənarında dayanan Osman Donbulova məxsus “VAZ 2106” markalı minik avtomobilinə dəyiblər.
Qəza zamanı sürücülərdən Didiy Qazıyev və onun sərnişini rayonun Yuxarı tala kənd sakini 1957-ci il təvəllüdlü Müzəffər Rəcəb oğlu Şıxamirov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Müayinədən sonra Didiy Qazıyevin xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra evə buraxılıb. Müzəffər Şıxamirovun müayinə və müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
apa
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












