Zaqatalada yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Martın 12-dən 13-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az APA-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, Yevlax rayon Xaldan qəsəbə sakini, 40 yaşlı Seymur Məzahiq oğlu Əhmədovun idarəetdiyi “VAZ 21015” markalı minik avtomobili ilə Zaqatala rayon Qımır kənd sakini, 32 yaşlı Məcid İsmayıl oğlu Məcidovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili toqquşub.
Qəza zamanı Seymur Əhmədovun avtomobilində sərnişin qismində olan, 68 yaşlı Yevlax rayonu Xaldan qəsəbə sakini Xeyransa Həmidova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun avtomobildə sıxılmış halda qalan meyitini çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
Xəsarət alan Məcid Məcidov, Seymur Əhmədov və Seymur Əhmədovun digər sərnişini 16 yaşlı Yevlax rayonu Xaldan qəsəbə sakini Allahverdi Paşa oğlu Həmidov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












