Zəncirvari qəza: İdarəetmədən çıxan “KIA” 3 “VAZ”la toqquşdu - VİDEO
Qəzalar
3 Oktyabr 2024 18:27

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün öncə axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı avtomobil, yol kənarında dayanmış “VAZ-2106”, “VAZ-2106”, “VAZ-2109”, “VAZ-21011” markalı maşınlarla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə sükanı buraxan “KIA” sürücüsü “VAZ-2106” markalı maşına çırpılıb. Zərbənin təsirindən səkiyə çıxan “VAZ” digər nəqliyyat vasitələrinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir.
Nərmin
Oxunub : 1414
DİGƏR XƏBƏRLƏR
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
19 Noyabr 2026 14:11
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
19 Noyabr 2026 13:30
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
19 Noyabr 2026 12:36
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
19 Noyabr 2026 09:39
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
19 Noyabr 2026 09:30
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
18 Noyabr 2026 23:54
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
ŞƏRH YAZ












