Banner

Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO

Qəzalar 19 Noyabr 2026 09:23
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
WhatsApp kanalımıza abunə olun

Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

Avtosfer.az xəbər verir ki, “Opel” markalı avtomobillə toqquşan “Tofaş”da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı və 2018-ci il təvəllüdlü bacısı oğlu da ölüb.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub. Daha bir nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./qafqazinfo




 

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh