Bakı sakinlərinə qurulan "ölüm tələ"si - "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!" - VİDEO

Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsində özbaşınalıq pik həddə çatıb. Vəziyyət o qədər gərginləşib ki, vətəndaşların rahat hərəkətləri üçün piyada səkiləri onların əlindən alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Biləcəri sakinləri “Baku.ws”in "qaynar xətti"nə şikayətlərindən bildiriblər.
“Təcili evə getməliyəm” deyib başqasının maşınını qaçırmağa çalışdı - VİDEO
Qeyd edilir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində, həmçinin bir çox ərazilərində piyada səkiləri mağaza sahibləri tərəfindən zəbt edilir. Beləliklə də, vətəndaşların həyatı təhlükə altına atılır. "Uşaq arabaları, əlil arabaları ilə hərəkət etmək mümkün deyil. İnsanlar təhlükəsiz hərəkət edə bilmirlər. Məcbur olub, maşın yoluna keçirlər. Bu səbəbdən də, bir neçə dəfə piyada vurulması ilə nəticələnən qəzalar baş verib. Dəfələrlə mağaza sahiblərinə desək də, deyirlər ki, "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin". Bu barədə heç bir ölçü götürülmür", - deyə sakinlər şikayətlərində bildiriblər.
Şikayəti əks etdirən görüntüləri təqdim edirik:
İşləyən pensiyaçılarla bağlı yeni təklif... - Nəyə ehtiyac var?
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS












