Banner

Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS

Sosial 6 Noyabr 2026 09:00
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
WhatsApp kanalımıza abunə olun

Ailədaxili münaqişələr, maddi çətinliklər və digər səbəblər uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi ilə nəticələnir. Ailə vəziyyətinin sonradan yaxşılaşması uşaqların yenidən valideynlərinin yanına qayıtmasına imkan yaradır. Bu istiqamətdə Sosial Xidmətlər Agentliyi tərəfindən reinteqrasiya tədbirləri həyata keçirilir. Uşaqların ailələrinə qaytarılması ilə yanaşı, valideynlərə sosial dəstək göstərilir və ailədəki vəziyyət sonradan da izlənilir. Uşaqların ailə mühitində böyüməsi və valideyn himayəsindən kənarda qalmaması onların sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi hallarda uşaqlar münaqişəli ailələrdən alınırlar və ailələr aralarında nikahın pozulması faktı baş verir:

"Ailənin təməl ehtiyaclarını qarşılamaq iqtidarı olmadıqda, könüllü şəkildə uşaqları Sosial Xidmətlər Agentliyinin vasitəsilə müəssisələrə təhvil verirlər və onların orada yatılı qalmasına razılıq verirlər. Lakin sonradan ailənin gəlirlərində dəyişiklik baş verdikdə, valideynlər yenidən birləşdikdə və uşaqların ailəyə qayıtmaq istəkləri nəzərə alınmaqla, onların ailələrinə qaytarılması barədə qərar qəbul edilir. Qərarın icrasına və sonrakı vəziyyətə Sosial Xidmətlər Agentliyi tərəfindən mütəmadi nəzarət olunur. Bu hallar pozulduqda, eləcə də bununla bağlı hər hansı bir neqativ nəticələr olduqda, uşağın həyat və şəraiti dövlət üçün prioritet təşkil elədiyi üçün yenidən həmin uşaqların müəssisəyə geri qaytarılması barədə qərar qəbul edilə bilər".

Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə isə uşaqların uzun müddət ailələrindən kənar qaldıqdan sonra adaptasiya prosesləri çox çətin baş verir:


"Əsas məsələ adaptasiya prosesində uşağın yanında olan müəllimlərin, psixoloqların və müəssisə rəhbərliyinin yenidən onunla əlaqə quraraq ailəsi ilə münasibətlərinin bərpasına kömək etməsidir. Bu prosesdə əsas çətinlik uşağın yenidən ailə mühitinə uyğunlaşmasıdır. Uşaqlar ailələri üçün darıxa, əvvəlki yaşadıqları yerə qayıtmaq istəyə, bəzən küsə, inciyə və yenidən aqressiv davranışlar sərgiləyə bilərlər. Buna görə də psixoloji yardımdan istifadə etməklə uşaqların ailə mühitinə tədricən uyğunlaşması təmin edilməlidir. Eyni zamanda, onların ailələri ilə daha çox vaxt keçirməsinə şərait yaradılmalı, zərurət yarandıqda, aylarla davam edən ailəvi psixoloji dəstək göstərilməlidir".

Züleyxa

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh