Banner

Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS

Sosial 6 Noyabr 2026 17:18
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
WhatsApp kanalımıza abunə olun

Məcburi köçkün statusunun verilməsi ilə bağlı qaydalara edilən dəyişikliklə kişilərin də bu hüquqdan yararlanmasına imkan yaradılıb. 

Avtosfer.az xəbər verir ki, artıq işğaldan əvvəl məcburi köçkünlə nikahda olmuş, lakin öz rayonunda qeydiyyatda qaldığı üçün bu statusu ala bilməyən kişilər də müvafiq hüquqdan yararlana biləcəklər. 

Bəs bu qərarın hüquqi əsasları nədir və status əldə edən şəxslər hansı sosial güzəştlərdən istifadə edə biləcəklər?

Mövzu ilə bağlı hüquqşünas Kamandar Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbul etdiyi qaydalar var:

 


"Həmin qaydaların ikinci maddəsində dəyişiklik olunub. İşğaldan əvvəl nikaha girmiş, amma öz qeydiyyatında qalmış xanımlar işğaldan sonra məcburi köçkün kimi gəlib hər hansı köçkün rayonuna qeydiyyata düşürdüsə, ona məcburi köçkün statusu verirdi. Burada kişi və qadın ayrı-seçkiliyinə yol verilir. Qanunda bu boşluq aradan qaldırılmalıdır və ikinci maddəyə o hissədə dəyişiklik olundu. Artıq kişilərə də imkan yaradılacaq ki, nikahda ailə üzvü olan və məcburi köçkünün yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər də məcburi köçkün statusu alsınlar.Lakin nikah pozulandan sonra şərtlər artıq dəyişir. Digər məcburi köçkünlər kimi, həmin kişilər də dövlətimizin müəyyən etdiyi sosial güzəştlər, imtiyazlardan istifadə etməyə başlayacaqlar. Məcburi köçkünlər üçün də onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi ilə bağlı tədbir və siyahıları var, təsdiq olunub. Bura müvəqqəti yaşayış sahəsi, məşğulluğun və sosial təminat məsələləri, təhsil hüququndan təmin edilməsi, güzəştlərin tətbiqi olunur. Məcburi köçkünlərə həmçinin nəqliyyat, mənzil-kommunal, digər növ güzəştlər tətbiq olunur. Həmin şəxslər məcburi köçkün statusu əldə etdikdən sonra ayrı-ayrı qanunlarda nəzərdə tutulan digər sosial müdafiə tədbirlərindən və güzəştlərdən də eyni qaydada yararlana biləcəklər. Həmin şəxslər məşğulluq mərkəzlərində qeydiyyata düşə, tibbi təminat, təhsil, notariat əməliyyatları və dövlət rüsumları ilə bağlı güzəştlərdən yararlana biləcəklər. Eyni zamanda, mənzil-kommunal xərcləri, nəqliyyat, torpaq sahələrinin ayrılması, kredit və texniki dəstək sahələrində də məcburi köçkünlər üçün nəzərdə tutulan imtiyazlardan istifadə edəcəklər".

Sosioloq Mayıl Yaqubun fikrincə isə, Azərbaycanda sosial müavinətlərin artırılması ölkəmizdə ailə təməllərini möhkəmləndirir:

 

"Təəssüflər olsun ki, son illərdə nikahların sayı azalıb, boşanmaların sayı  çoxalıb, uşaq doğumlarının sayı isə azalıb. Bu bizim ziyanımızadır. Bütün vasitələr birgə olmalıdır ki, bunun qarşısı alınsın, yəni nikahların sayı çoxalsın, boşanmaların sayı azalsın, uşaq doğumu çoxalsın. Bunun üçün nə lazımdır? Bunun üçün əsas vacib məsələlərdən biri iqtisadi məsələlərdir. Yəni dövlətin sosial-iqtisadi yardımı vacibdir ki, ailə təməlləri möhkəmlənsin. Ailənin aradan qalxması, dəyərdən düşməsi cəmiyyətə həm siyasi, həm iqtisadi, həm mədəni sahədə ziyandır. Buna görə bu kimi halları dəstəkləyirəm və dövlətin dəstəyi artırılmalıdır".

Züleyxa

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh