Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır - Sürücülərin DİQQƏTİNƏ!

Bakının daha iki yol sahəsində təmir işləri aparılır. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətlik hərəkət tam məhdudlaşdırılacaq.
Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.
Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-ı, saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.
Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər. Müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər.


Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - AÇIQLAMA
Maqnit qasırğası orqanizmə necə təsir edir? - Bu şəxslər onu daha ağır keçirir
Qəzalar və “qaymaqlar”: 5 il həbs aldı, amma... - ARAŞDIRMA
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər










