Bakıda bağ evlərində istirahət qiymətləri

Yay mövsümünün qızğın dövründə Bakı və Abşeron çimərliklərinə axın artıb. İstirahət planı quranların əsas maraqlandığı məsələlərdən biri isə pullu çimərliklərə giriş və bağ evlərinin kirayə qiymətləridir. Avtosfer.az Axar.az-a istinadən bildirir ki, yay istirahəti üçün tanınmış pullu çimərliklərdə giriş haqlarını və Bakıətrafı qəsəbələrdə bağ evlərinin gündəlik kirayə qiymətlərini araşdırıb. Araşdırma göstərir ki, bu il tanınmış pullu çimərliklərin əksəriyyətində giriş qiymətləri ötən illə müqayisədə ya dəyişməyib, ya da 5-10 manat artıb.
Bağ evlərində isə gündəlik kirayə qiymətləri ərazilərə görə dəyişir:
Bilgəh
3 otaqlı - 150-250 manat
4 otaqlı - 200-400 manat
Mərdəkan
2 otaqlı - 150-200 manat
3 otaqlı - 150-250 manat
4 otaqlı - 150-400 manat
5 otaqlı və daha böyük - 200-700 manat
Şüvəlan
2 otaqlı - 200-250 manat
3 otaqlı - 200-350 manat
4 otaqlı - 200-500 manat
5 otaqlı və daha böyük - 250-600 manat
Buzovna
2 otaqlı - 400 manat
3 otaqlı - 200-400 manat
4 otaqlı - 200-450 manat
5 otaqlı və daha böyük - 220-500 manat
Novxanı
2 otaqlı - 150-350 manat
3 otaqlı - 150-350 manat
4 otaqlı - 200-400 manat
5 otaqlı və daha böyük - 250-500 manat
Pirşağı
2 otaqlı - 100-200 manat
3 otaqlı - 150-300 manat
4 otaqlı - 170-500 manat
5 otaqlı və daha böyük - 200-550 manat
Nardaran ("Sea Breeze" ərazisi)
Bu ərazidə həm həyət evləri, həm də mənzillər kirayəyə verilir.
1 otaqlı - 150-260 manat
2 otaqlı - 200-350 manat
3 otaqlı - 250-700 manat
4 otaqlı - təxminən 500 manat
5 otaqlı və daha böyük - aylıq kirayə qiymətləri 8 000-13 000 manat arasında dəyişir.
Türkan
3 otaqlı - 200-250 manat
4 otaqlı - 250-450 manat
5 otaqlı və daha böyük - 250-450 manat.
Qiymətlər evin təmir vəziyyəti, dənizə yaxınlığı və digər şəraitdən asılı olaraq dəyişə bilir.
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!












