Bu şəxslərin əməkhaqqı fərqli hesablanacaq

Market və mağazalarda çalışan işçilərin həftəsonu və bayram günlərində işləməsi əməkhaqqının hesablanması ilə bağlı tez-tez müzakirələrə səbəb olur. Xüsusilə də şənbə və bazar günləri işə çıxan əməkdaşlara maaşın ikiqat ödənilib-ödənilməməsi bir çoxları üçün maraq doğuran məsələlərdəndir.
Bəs qanunvericiliyə görə bu günlərdə çalışan işçilərə əməkhaqqı hansı hallarda ikiqat hesablanmalıdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov "Konkret.az"a bildirib ki, qanunda əməkhaqqının ikiqat ödənildiyi günlər mövcuddur. Onun sözlərinə görə, bunlara iş günü hesab olunmayan bayram, hüzn, Seçki Məcəlləsinə uyğun olaraq səsvermə və referendum günləri daxildir.
Hüquqşünas qeyd edib ki, qanunvericilikdə şənbə və bazar günləri birbaşa olaraq ikiqat ödəniş edilən günlər kimi göstərilmir. Bu məsələdə əsas məqam işçinin əmək müqaviləsində müəyyən olunan iş və istirahət günləridir.
“Əgər işçinin əmək müqaviləsində istirahət günləri şənbə və bazar kimi göstərilibsə və işçi həmin günlərdə işə cəlb olunursa, bu halda onun əməkhaqqı ikiqat hesablanmalıdır. Lakin müqavilədə işçinin istirahət vaxtı fərqli tarixlər kimi müəyyən olunubsa, həmin vaxtda işlədiyi halda əməkhaqqı ikiqat ödənilməlidir. Çünki işçi öz istirahət günündə işə cəlb olunmuş sayılır”, – deyə hüquqşünas vurğulayıb.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












