Banner

Əlillər üçün şəhər nə dərəcədə əlçatandır? - Ekspert

Sosial 5 Fevral 2026 17:06
Əlillər üçün şəhər nə dərəcədə əlçatandır? - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əlillərin ictimai məkanlara rahat çıxışı hələ də bir çox şəhərdə ciddi problem olaraq qalır. Kaldıraçlar, piyada keçidləri, ictimai nəqliyyat və ictimai binalarda uyğunlaşdırılmış infrastrukturun azlığı onların gündəlik həyatını çətinləşdirir. Əlillər üçün əlçatan şəhər yalnız texniki problem deyil, həm də sosial məsuliyyət və bərabər imkanlar məsələsidir. Bu mövzu həm vətəndaşların, həm də hakimiyyət orqanlarının diqqətini tələb edir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, əlillər üçün şəhər infrastrukturunun əlçatanlığı heç də normal deyil:

“Çünki əvvəldən bu işlərin təməli sağlam qoyulmayıb və nəticə etibarilə bu gün əlil və uşaq arabalarından istifadə edənlər bu infrastrukturdan əziyyət çəkir. Pandusların olmaması, metro keçidləri, piyada keçidləri və digər ərazilər bir növ təhlükə yaradır. Başqalarının köməyindən istifadə edəndə belə risk qarşısında qalırlar, təhlükə ilə üzləşirlər. İndi keçidlərlə bağlı məsələlər yavaş-yavaş gündəmə gəlir, əlçatanlıq məsələsi diqqət mərkəzindədir. Son illər küçələrdə əlillər üçün müəyyən şərait yaradılır, amma məhdud əraziləri əhatə edir. Məsələn, davamlı olaraq hansısa küçədə əlil vətəndaşın rahat hərəkəti mümkün deyil. Müəyyən bir hissədə mümkün olur və gedir qarşıda hansısa bir maneə ilə rastlaşır, səki itir, zəbt olunur, yola çıxmaq məcburiyyətində qalır və yaxud da bir hissəsində pandus olur, bir hissəsində olmur, hündür səkilər və digər infrastrukturlar onlar üçün problemlərdir, ona görə əlçatanlıqdan danışa bilmərik. Adi metro keçidləri, girişləri belə, əlil və uşaq arabasında olan insanlar üçün çox ciddi problemə çevrilib. İctimai nəqliyyat sistemləri bu baxımdan faydalı olmağa çalışır. Xüsusən son illər gətirilən avtobusları qeyd edə bilərik ki, bu avtobuslarda əlillərin minib-düşməsi üçün, dayanması üçün müəyyən imkanlar yaradılır. Son dövrlərdə biz bunu görürük. Hələ avtobus parkı tam yenilənməyib, köhnədən qalan avtobuslar var və onların normal bir infrastruktur kimi formalaşması müəyyən cəhd tələb edir. Son dövrlərdə parklar salınır, yeni parklar tikilir. Müəyyən qədər şərait yaradılır. Bu tamamilə yaxşıdır deyə bilmərik. Amma ümumilikdə müəyyən bir qiymət vermək olar. Tam da arzuolunan səviyyədə deyil. Ümid edirik ki, yeni parklar salınarkən tam nəzərə alınar. Köhnə parklar təmir olunarkən bu məsələlərə diqqət yetirilməlidir. Əlillər üçün istirahət etmək, asudə vaxt keçirmək üçün imkanlar yaradılsa, yaxşı olar. İctimai obyektlərin, binaların məsələsi qəliz bir məsələdir. Bu barədə çox tək-tük hallarda ictimai obyekt rəhbəri o barədə düşünür”./informator.az

Oxunub 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh