Güclü yağışlardan sonra xəstəliklərlə bağlı XƏBƏRDARLIQ

Güclü yağışlar nəticəsində suların yaşayış evlərinin həyətlərinə dolması bir çox xətəliklərə səbəb ola bilər.
Avtosfer.az-ın məlumatına görə, professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, yağış suları aspergilloz xəstəliyinin geniş yayılmasına səbəb olacaq:
Uşaq yola qaçdı, anası heç nə olmamış kimi dayanıb baxdı – ŞOK GÖRÜNTÜLƏR
"Bu xəstəliklərin yaranmasına səbəb nəmişlikdir. Nəmişlik xəstəlik deməkdir, müxtəlif mikroorqanizmlərin cücərməsi üçün əlverişli şərait yaradır. Onun cücərməməsi üçün su altında qalan döşmələrin qurudulması həyata keçirilməlidir. Bu nə qədər tez aparılsa, yağışın fəsadları az olmuş olacaq".

Professor hesab edir ki, bu az qala təbii fəlakət səviyyəsində bir hadisədir:
"Və xeyli insan bundan əziyyət çəkib. Təəssüflər olsun ki, vəziyyət belədir. Əslində daşqınlar dünyanın bütün yerlərində baş verir. Yağışlar nəticəsində əmələ gələn daşqınlardan sonra xeyli fəsadlar qalır. Bunlardan birincisi nəmişlikdir. Nəmişlik binanın fundamentinə, divarlarına, evdəki əşyalara, döşəmənin altına və s. hopur. Zamanla orada yavaş-yavaş mikroorqanizmlər, o cümlədən də göbələk inkişaf edir. Göbələk divar boyu inkişaf edir".
Adil Qeybulla vurğulayıb ki, göbələyin tozları atmosfer havasına düşərək insanların nəfəs yollarına düşə bilər:
"Nəticədə asbergillos xəstəliyi yaranır. Bundan əlavə nəmişlikdə yaşayan insanlarda revmatik xəstəliklər baş qaldıracaq. Oynaqlarda, əzələlərdə, boyun, diz ağrıları yaranacaq ki, bunun da müalicəsi xeyli zaman aparacaq".
İşləyən pensiyaçılarla bağlı yeni təklif... - Nəyə ehtiyac var?
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS












