"Heç kim bura ikinci dəfə gəlmək istəmir" - Biləcəridə yol xaosu - VİDEO

Biləcəri qəsəbəsi, Xudadat bəy Məlikaslanov küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, sakinlər problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, hələ ki heç bir müsbət nəticə yoxdur.
Şikayətçi sakinlərdən biri küçədəki mövcud vəziyyəti belə ifadə edib:
"Yolun bərbadlığına görə heç kim bura ikinci dəfə gəlmək istəmir. Təcili tibbi yardımı çağırırıq, lakin sürücülər bu küçəyə girməkdən imtina edirlər. Əslində, sürücüləri də qınamaq olmur, çünki yollar tamamilə dağılıb".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda asfalt örtüyünün yenidən qurulması və bərpası məsələsi artıq diqqətdədir:
"Sözügedən küçə icra hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan yolların siyahısına salınıb və aidiyyəti quruma rəsmi müraciət ünvanlanıb. Asfaltlama prosesi mərhələli şəkildə həyata keçirildiyi üçün növbə mütənasibliyinə uyğun olaraq həmin ünvanda da təmir və yenidənqurma işləri aparılacaq".
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












