Hərbi xidmətə gedənlərin diqqətinə: “Öz istəyilə” tələsi nədir?

Azərbaycan Respublikasında ordu quruculuğu və vətəndaşların hərbi xidmətə çağırılması prosesi qanunvericiliklə ciddi şəkildə tənzimlənən, dövlət əhəmiyyətli bir məsələdir. Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin mülki həyatda qazandıqları əmək hüquqlarının qorunması, onların xidmətə yollanarkən maddi itkilərə məruz qalmaması və qayıtdıqdan sonra iş yerlərinin saxlanılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Lakin təcrübədə bəzi işəgötürənlərin və kadrlar şöbəsinin (HR) əməkdaşlarının qanunvericiliyin tələblərindən yayınaraq, hərbi xidmətə gedən şəxslərə “öz istəyi ilə işdən azad olunma” barədə ərizə imzalatmağa çalışması hallarına rast gəlinir. Bu yanaşma həm mənəvi, həm də hüquqi baxımdan vətəndaşın maraqlarına ziddir, çünki hərbi xidmətə çağırış könüllü işdənçıxma deyil, tərəflərin iradəsindən asılı olmayan hüquqi bir zərurətdir. İşçinin bu mərhələdə hansı maddə ilə işdən ayrılması, onun həm xidmətə gedərkən alacağı müavinətlərə, həm də xidmətdən sonrakı karyera bərpasına birbaşa təsir göstərir.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı NOCOMMENT.az-a şərh verən hüquqşünas Natiq Ələsgərov bildirib ki, hərbi xidmətə çağırış vərəqi təqdim edən işçiyə “öz istəyi ilə” ərizə yazdırmaq cəhdi birbaşa qanun pozuntusudur:
“Vətəndaş bilməlidir ki, hərbi xidmətə çağırılma Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarla bağlı xitam əsasıdır. Əgər işçi HR-ın təqdim etdiyi “öz istəyimlə” (Məcəllənin 69-cu maddəsi) formasında ərizəni imzalayarsa, o, qanunla ona çatmalı olan orta aylıq əməkhaqqının azı iki misli miqdarında ödənilən müavinətdən məhrum olur. Çünki 69-cu maddə ilə xitam zamanı belə bir müavinət nəzərdə tutulmur. İşəgötürən çağırış vərəqini əsas götürərək xüsusi xitam əmri hazırlamalı və orada xitamın səbəbi kimi məhz hərbi xidmətə çağırılmanı göstərməlidir. Bu, vətəndaşın həm maddi hüquqlarını təmin edir, həm də onun gələcəkdə həmin iş yerinə qayıtmaq üçün hüquqi bazasını möhkəmləndirir”.

Hüquqşünas həmçinin vurğulayıb ki, vətəndaşların bu prosesdə təqdim etdiyi ərizənin mətni çox önəmlidir və burada “öz istəyimlə” ifadəsi yer almamalıdır:
“İşçi ərizəsində aydın şəkildə qeyd etməlidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilməsini xahiş edir. Bu müraciətə çağırış vərəqinin surəti əlavə edilməlidir. Bu halda işəgötürən qanunvericiliyin tələbinə uyğun olaraq, işçiyə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanı və hərbi xidmətə çağırılma ilə bağlı müavinəti tam şəkildə ödəməlidir. Hərbi xidmətdən tərxis olunduqdan sonra da qanun vətəndaşı qoruyur. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslərin xidməti başa vurduqdan sonra 60 təqvim günü ərzində həmin müəssisədə əvvəlki və ya ona bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququ var. Əgər işçi “öz istəyi ilə” çıxmış olarsa, işəgötürən gələcəkdə onu yenidən işə götürməkdən imtina edə bilər. Bu səbəbdən vətəndaşlar ayıq-sayıq olmalı və hüquqlarını sona qədər müdafiə etməlidirlər”.
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR











