Məktəblərdə tədrisin bitməsinə 1 həftə qalmış niyə distant təhsilə keçilir? – EKSPERT AÇIQLADI

Bəzi siniflərdə dərslər müvəqqəti olaraq distant təhsil formasına keçirilib.
Avtosfer.az xəbər verir ki, 4-cü və 6-cı siniflərin monitorinq keçirilməsi səbəbindən tədris ilinin başa çatmasına cəmi bir neçə gün qalmış şagirdlər distant təhsilə keçiriliblər.
Halbuki həmin vaxta qədər dərsliklərin böyük hissəsi artıq tədris olunmuş və proqram demək olar ki, tamamlanmışdı. Bu halda distant təhsilə keçidin əsas məqsədi nədir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, Nəzərə çatdırım ki, məhz 4 və 6-cı siniflərdə monitorinq və imtahanların keçirilməsi nəzərə alınaraq bəzi məktəblərdə dərslərin müəyyən müddət distant formada təşkili qərara alınıb. Bu da həmin təhsil müəssisələrində imtahanların keçirilməsi ilə bağlıdır:

"Lakin bu, tədris ilinin sonuna qədər bütün məktəblərdə distant təhsilə keçid demək deyil. Tədris ilinin başa çatmasına təxminən bir həftə qalıb və bu müddətdə proses məktəblərin imtahan cədvəlinə uyğun şəkildə tənzimlənir. Əgər hər hansı məktəbdə imtahanlar keçirilirsə, həmin məktəbin şagirdləri üçün dərslər müvəqqəti olaraq distant formada təşkil edilir. Bu qərar bütün təhsil müəssisələrinə şamil olunmur. Ola bilər ki, hansısa məktəbdə imtahanlar bir və ya iki gün davam etsin. Belə olan halda, qalan günlərdə şagirdlər məktəbə gələrək ənənəvi qaydada dərslərdə iştirak edə bilərlər".
Ekspert qeyd edib ki, əgər məktəb növbəti həftə ərzində imtahan mərkəzi kimi fəaliyyət göstərəcəksə, həmin müddətdə şagirdlər dərslərini distant formada davam etdirəcəklər.
Bununla yanaşı, tədris ilinin başa çatmasına az vaxt qalması və proqramların əsasən yekunlaşması distant təhsilin əhəmiyyətini azaltmır.
Bu müddət həm imtahanların təşkili, həm şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, həm də keçilən mövzuların təkrarlanması baxımından vacibdir. Məqsəd şagirdlərin tədris ili başa çatanadək təhsil prosesindən kənarda qalmamasıdır.
Dərslərin davam etdirilməsi onların oxu, yazı, riyazi və digər yumşaq bacarıqlarının inkişafına müsbət təsir göstərir və ümumi hazırlıq səviyyəsinin qorunmasına xidmət edir.
Fatimə
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










