Kürdə suyun səviyyəsi artdı - Pay torpaqları su altında

Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun üç kəndində pay torpaq sahələrinin su altında qalmasına səbəb olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov bildirib. Onun sözlərinə görə, Məmmədli bələdiyyəsinə daxil olan Əlyetməzli kəndində 82 nəfərə məxsus 40 hektar, Telişli kəndində 60 nəfərə məxsus 20 hektar, Məmmədli kəndində isə 40 nəfərə məxsus 10 hektar pay torpağı su altında qalıb.
Qeyd edək ki, daha əvvəl də Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalmışdı. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225, Məmmədli kəndində isə 16,62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO













