Maaşlarla bağlı mühüm AÇIQLAMA

Minimum əməkhaqqının məbləği ilə bağlı yeni qaydalar gündəmə gətirilib. Bildirilir ki, bu göstəriciyə ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Dəyişiklik əmək bazarındakı dinamikanı və iqtisadi şərtləri nəzərə almağı hədəfləyir. Minimum əməkhaqqı bir çox vətəndaşın gəlir səviyyəsinə birbaşa təsir edən əsas sosial göstəricilərdən biridir. Ona görə də bu məsələdə qəbul edilən qərarlar geniş ictimai maraq doğurur. Yeni mexanizm əməkhaqqının iqtisadi dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməyə yönəlib.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli demokrat.az-a bildirib ki, minimum əməkhaqqının mahiyyəti ondan ibarətdir ki, nə özəl sektorda, nə də dövlət sektorunda bundan aşağı əməkhaqqı verilə bilməz:
“Məncə, bunun iqtisadiyyata ciddi təsiri yoxdur. Çünki hazırda minimum əməkhaqqı 400 manatdır. Bu şəraitdə 400 manatlıq minimum əməkhaqqı ilə işləmək üçün işçi tapmaq da çətindir. İndiki qiymətləri nəzərə alsaq, bu məsələ daha da aktuallaşır. Burada bir problem var və bunu dəfələrlə qeyd etmişik. Minimum əməkhaqqı artdıqca işəgötürənlərin Sosial Müdafiə Fonduna ödənişləri də artır. Bu ödəniş ümumi məbləğin 25 faizini təşkil edir. Ona görə də minimum əməkhaqqı tez-tez artacaqsa, sosial müdafiə fonduna edilən ödənişlərə də yenidən baxılmalıdır. Yəni həmin 25 faiz nisbəti də nəzərdən keçirilməlidir”.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












