Masazırda maklerlər gölü dolduraraq sakinlərin "evini yıxır" - VİDEO

Evləri və həyətləri su basıb… Sakinlər uzunboğaz çəkmə ilə gəzirlər...
Avtosfer.az xəbər verir ki, görüntülər Abşeron rayonu, Masazır kəndi, Paşa Təhməzov küçəsindəndir. Sakinlər iddia edirlər ki, yaxınlıqda olan göl maklerlər tərəfindən qanunsuz şəkildə doldurulur. Nəticədə də evlər su içərisində qalır. Müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Sözügedən məsələyə görə, ərazidə anti-sanitar vəziyyət yaranıb. Hətta sakinlər evlərindən çıxmaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı İri şəhərlərin birləşmiş su təchizatı xidmətinə müraciət etsək də, sorğumuza cavab verilmədi. Masazır Bələdiyyəsindən bildirildi ki, son vaxtlarda yağışların intensiv yağması səbəbindən gölün ətrafında olan evlərdə belə xoşagəlməz hallar baş verib. Bələdiyyə tərfindən tədbirlər görülür. Həmin həyətlərə dolan su matorlar vasitəsilə kanalizasiyalara vurulur. Göldə hər hansı bir doldurulma işləri aparılmır. Ətrafda olan evlər uzun illər əvvəl tikilib.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












