Sürücüləri təhlükəyə atan yol; Dərin çalalar ... - VİDEO

Bakının Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsində yolda əmələ gələn dərin çala sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a bununla bağlı vətəndaş müraciəti daxil olub. Şikayətdə bildirilib ki, ərazidəki kanalizasiya xəttindəki problem nəticəsində yolun tam mərkəzində böyük ölçülü və dərin çala yaranıb.

"Bu təhlükəli çala 30 nömrəli məktəbin qarşısındakı dörd yol ayrıcındadır. Yol maili, çuxur isə dərin olduğu üçün günün qaranlıq saatlarında onu görmək demək olar ki, mümkün deyil. Bu isə həmin çalaya düşən avtomobillərə maddi ziyan vurmaqla yanaşı, eyni zamanda ağır yol-nəqliyyat hadisəsi riski yaradır", - deyə şikayətdə qeyd olunur.




İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Bakı Sukanal İdarəsinə məlumat ötürülüb:
"Əraziyə baxış keçiriləcək, yolda yaranan çuxur doldurularaq bərpa ediləcək".
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












