Banner

Lənkəranda kütləvi ZƏHƏRLƏNMƏ: 3-ü azyaşlıdır - YENİLƏNİB

Hadisə 12 Noyabr 2026 16:44
Lənkəranda kütləvi ZƏHƏRLƏNMƏ: 3-ü azyaşlıdır   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb".

Avtosfer.az xəbər verir ki, bu barədə AQTA-dan Oxu.Az-a cavabda bildirilib.

Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb:

"İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir.

AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir".

***16:18

Lənkəran rayonunda kütləvi zəhərlənmə olub.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır.

İlkin məlumata görə, həmin şəxslər qidadan zəhərləniblər.

Əlavə məlumat veriləcək.

 

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh