General-mayor 80 min manatlıq avtobus aldırır? - FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
Avtosfer.az 32gun.az-a istinadən xəbər verir ki, birlik 1 ədəd 17+1 yerlik sərnişin mikroavtobusunun satın alınması üzrə tenderə start verib. Müsabiqənin texniki şərtlərinə əsasən, alınacaq nəqliyyat vasitəsi yeni, qara rəngdə, minimum 2700 sm³ iş həcmli və 350 Nm fırlanma anına malik Euro V standartlı turbo dizel mühərriklə, həmçinin minimum 6 pilləli mexaniki sürətlər qutusu və arxa ötürücü sistemi ilə təchiz olunmalıdır.
Avtomobilin tam kütləsi minimum 4000 kiloqram, uzunluğu 5500–6000 mm aralığında olmalı, salon və sürücü hissəsi üçün kondisioner, ABS, EBD, ESC/ESP təhlükəsizlik sistemləri, hava yastıqları, ikiqat arxa təkərlər, arxa görüntü kamerası və monitorla təmin edilməlidir. Şərtlərə görə, təchizatçı nəqliyyat vasitəsinə minimum 2 il və ya 200.000 kilometr zəmanət verməli, həmçinin avtomobilin DİN-in Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınaraq dövlət qeydiyyat nişanı və şəhadətnaməsi ilə birlikdə təhvil verilməsini təmin etməlidir.
Sözügedən mikroavtobusun satın alınması üçün elan edilmiş tenderin ehtimal olunan qiyməti 79.500,00 AZN (79 min 500 manat) təşkil edir.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.

"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












