Banner

Ev almaq istəyənlərə ŞAD XƏBƏR!

Sosial 13 Noyabr 2026 09:48
Ev almaq istəyənlərə ŞAD XƏBƏR!
WhatsApp kanalımıza abunə olun

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə, eləcə də Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yexlax Yaşayış Kompleksində yerləşən mənzillərin güzəştli satışını elan edib.

Avtosfer.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 201 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə həmin gün saat 12:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.

Prezidentin İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 02.11.2020-ci il tarixli 30383 nömrəli müsbət rəyi;

Binəqədi Yaşayış Kompleksi üzrə - 03.04.2023-cü il tarixli 34942, 27.04.2023-cü il tarixli 35053 və 35054, 20.06.2023-cü il tarixli 35357 və 35358 nömrəli müsbət rəyləri;

Şirvan Yaşayış Kompleksi üzrə - 03.07.2023-cü il tarixli 35409 və 14.09.2023-cü il tarixli 35911 nömrəli müsbət rəyləri;

Yevlax Yaşayış Kompleksi üzrə - 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verib.

Bu elan çərçivəsində mənzillərin satışı Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Binəqədi Yaşayış Kompleksi üzrə yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksi üzrə isə həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzillərin qiyməti – 98 415 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti –133 650 manat,

5 otaqlı mənzillərin qiyməti – 211 275 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.

Yevlax Yaşayış Kompleksi üzrə:

1 otaqlı mənzilin qiyməti – 43 225 manat,

3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

 

MİDA-nın internet səhifəsinə (https://mida.gov.az/layiheler) daxil olaraq Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Binəqədi, Şirvan və Yevlax Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti və agent banklar haqqında məlumatla tanış olmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatlawww.mida.gov.az internet səhifəsində və ya Bakı şəhərində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzinə, habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

"Güzəştli mənzil" sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış ola bilərlər.

 

Oxunub : 76
ŞƏRH YAZ
Ad

E-mail

Şərh