İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət ETDİ

Bakıda 11-ci sinif şagirdi qarət törədib.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən supermarketdə baş verib.
Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İ.Z gecə saatlarında marketə gedərək binanın ikinci mərtəbəsinə qalxıb. Orada heç kimin olmamasından istifadə edərək müdirin otağına daxil olub. İ.Z otaqdakı seyfi açaraq oradan 1 492 manatı götürüb və hadisə yerindən qaçıb. O, oğurluq edərkən supermarketin müşahidə kamerasına düşüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən İ.Z saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalarla məlum olub ki, İ.Z uşaq vaxtlarından anası tərəfindən tərk edilib və bacısı ilə birlikdə Bakıda internat tipli xüsusi ümumtəhsil məktəbinə yerləşdirilib. Həmin məktəbin 11-ci sinif şagirdi olan İ.Z eşitmə məhdudiyyətlidir.
Faktla bağlı cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə İ.Z 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB












