pnevma elave avadanliqlar siyahısında yoxdur cerime yazmağları düzgündür?
rəvan | 11 İyul 2022 20:12
Əlavə avadanlıq siyahısı harada yazılıb? Onu hansı qanundan götürmüsünüz?
Avtosfer.az | 11 İyul 2022 21:46
Salam mende bmw f10 avtomobilidir . Zavod gostericisic r17 diskdir ama bmw sirketinin icaze verdiyi boyukluk R21 e qederdi ve bildiyim qederi ile bizim olkedede masinin disk ve tekerinin boyukluyunu mehz masin sirketinin ozu belirleyir . Menim masinimda R20 olmasi qanuni olarak icaze verilendi?
Kerim | 11 İyul 2022 19:50
Salam. Əgər zavod icazə verirsə qoymaq olar. Amma siz dəqiq araşdırın. İnanmırıq ki, BMW R21 ölçülü diskə icazə verə.
Avtosfer.az | 11 İyul 2022 21:46
Pnevma cerimesi var?
rəvan | 11 İyul 2022 15:50
150 manat cəriməsi var.
Avtosfer.az | 11 İyul 2022 18:21
Salam Vaz2107 masininda oz rolu qirildigna gore onu fiat ve ya momo rolu ile evez etmek olar? olmaz sa eger onun cerimesi neqederdi?
Hesen | 11 İyul 2022 15:31
Salam. Bəli əvəzləyə bilərsiniz. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 11 İyul 2022 18:21
Salam aleykum vaz 07 markali masina ne qeder maksimum yuk qoymaq olar?
Elcin | 11 İyul 2022 14:04
Salam. Bunu biz bilmirik. İnternet üzərindən axtarış verib baxın.
Avtosfer.az | 11 İyul 2022 18:15
VAZ 21099 markalı 1996 il maşının öz adına qeydiyyatınin qiymeti ne qederdir
Röyal | 11 İyul 2022 12:56
Bu linkə daxil olaraq rüsumu hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 11 İyul 2022 18:14
Rayon qeydiyyatı olan Avtomobiller neye göre cerimelenir
Rehman | 11 İyul 2022 12:38
Harada cərimələnir? Niyə cərimələnir? Nə deyib cərimələyirlər? Xahiş edirik ətraflı məlumat verin.
Avtosfer.az | 11 İyul 2022 18:12
Amerikanka cermesi ne qederdir?
Pərvin | 11 İyul 2022 11:55
150 manat
Avtosfer.az | 11 İyul 2022 18:12
Masinin arxa burjininin kesilmesinin cermesi ne qederdi?
Rauf | 10 İyul 2022 23:43
150 manat
Avtosfer.az | 11 İyul 2022 18:12
Vaz 2107 markalı avtomobilə 215/50/R13 təkərləri qoymaq olar yoxsa yox ?
Nurlan | 10 İyul 2022 23:33
Zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 11 İyul 2022 18:11
Salam. Ford Transit ( yuk masini) arxaya demir polka yigdirmaq qadagandirmi? Polka mawina berkidilib baglanib acila bilir boltlarla. Post da saxlayib qadagan oldugunu deyrler.
Haci | 10 İyul 2022 21:50
Salam. Fotosunu göndərin baxaq.
Avtosfer.az | 11 İyul 2022 18:11
2107 vaz avtomobil qanunda qabaq peredok neçə barmaq hündürlükdə olmalıdır?
Nəcməddin | 10 İyul 2022 17:40
Asqı sistemi barmaqla ölçülmür. Zavod tərəfindən necə buraxılıbsa o cür də sürmək lazımdır.
Avtosfer.az | 11 İyul 2022 18:10
Amerikanka qadagandir?
Pərvin | 10 İyul 2022 14:48
Sonradan quraşdırmaq qadağandır.
Avtosfer.az | 10 İyul 2022 16:27
Avtomobile baxış yeni baqaja maşının salonuna baxışı nezerde tuturam
Elvin | 10 İyul 2022 12:34
Postdan kənarda o halda yoxlana bilər ki, şübhə olsun və ya xüsusi göstəriş olsun. Hər bir halda baxış keçirilərkən fasiləsiz çəkiliş və hal şahidi olmalıdır.
Avtosfer.az | 10 İyul 2022 13:27
Salam. Menim mawinim savet mawinidi. Alanda ustdunde 011 matoru iydi. Matorun vali ve bloku siradan cixdigina gore deyiwdim 06 matoru qoydum.indi beznomre yazdirmaq isteyirem. Zehmet olmasa onun dovlet rusumun birde ne etmek lazim oldugunu bawa salardiz
Ayaz | 10 İyul 2022 09:54
Salam. Mühərrikin üzərində nömrə varsa nömrəli yazdırın.
Bu linkə daxil olaraq müraciət edin məsələnizə baxılsın.
https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 10 İyul 2022 11:49
Salam.Qardaş nissan sunny 2008 qabag amortizatorlar yaylar zeyif (ölende) olduqada 1 lik elastik bandaj (rezin) qoyulusa cerimesi varmi?
Huseyn | 10 İyul 2022 09:22
Salam. Olmaz. Gedin yayları dəyişin. Əlavə müdaxilələr etməyin.
Avtosfer.az | 10 İyul 2022 11:48
Postlarda veya reydlerde maşına baxış keçirile bilermi?
Elvin | 9 İyul 2022 23:14
Maşının harasına keçirilir baxış?
Avtosfer.az | 10 İyul 2022 11:47
Təşəkkür edirəm şəhadətnamənin itməsi ilə baglı suala cavab verməyinizə görə. Çox xahiş edirəm bir məsələni də aydınlaşdırmaga kömək edəsiniz. Avtomobilim haval 6 dır, mənə salondan yalnız müqavilə, nömrə, qeydiyyat şəhadətnaməsi və bank kartı alanda içərisində gizli söz olan zərf kimi bir şey veriblər üzərində vin nömrə var. Polisdə oldum dedilər avtomobilin pts ni verin baxaq. Göstərdiyim sənədlər kifayət etmədiyindən haval dilerə müraciət etdim o da dedi ki bizdə elə sənəd olmur bizdə elektron qaydadadır. Bu nə deməkdir başa düşmədim. Xahiş edirəm bunu izah edəsiniz. Təşəkkürlər
Natavan | 9 İyul 2022 16:18
PTS bilmədik nədir. Yəqin ki, süründürməyin yeni yollarıdır. Əgər həll etməsələr bu linkə daxil olun şikayət ərizəsi yazın Ramiz Zeynalovun adına. Onda məsələniz həll olunacaq.
https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 10 İyul 2022 11:46
Ypx emekdaşının qarpız satan maşının arxasıda gizlenib radar qurmağı qanunidi yoxsa qeyri qnunu ?
Həsənov Hafiz | 9 İyul 2022 15:06
Qanuna görə YPX əməkdaşları gizlənib xidmət apara bilməz. Amma sürücülər də qaydaları pozmamalıdır. Sürücü hərəkət sürətini aşmasa ona nə fərqi var polis gizlənib yoxsa yox.
Sürəti aşan sürücü ilə gizlənən polisin heç bir fərqi yoxdur.
Avtosfer.az | 10 İyul 2022 11:42
Salam. Menim ABC kat suruculuk vesiqem var. CE kat almaq istedim 3 il staj olmadigi ucun imtahana buraxilmadim. Stajim 1 ildi. Men turkiyeye gedib orda CE kat vesiqem alsam eger, bura geldikde hemin vesiqeni Azerbaycan vesiqesine cevirdikde aldigim CE kat qalacaqmi?
Veli | 9 İyul 2022 04:12
Salam. Bəli qalacaq.
Avtosfer.az | 10 İyul 2022 11:40
Yol polisler Yol hereketi qaydalarini poza biletmi?yeni tetbiq olun yol hereketi qaydalarina DYP-da riayet etmelidi yoxsa yox?
Orucov | 8 İyul 2022 23:53
Yol polisləri xidməti zərurətlə bağlı qaydaları poza bilər. Bu zaman sayrışan işıq və xüsusi səs siqnalı qoşulu olmalıdır. Bunların ikisi də eyni zamanda qoşulu olmadığı halda qaydaları poza bilməz.
Avtosfer.az | 10 İyul 2022 11:39
Salam. Ada keçirərkən Nömrəni saxlamaq üçün hər-hansı sənəd lazımdır? Alqı-satqı rüsumu istənilir. Bu doğrudur?
Eldar | 8 İyul 2022 22:59
Ada keçirən zaman nömrənin maşının üzərində qalması üçün mülkiyyətçinin icazəsi olmalıdır.
Avtosfer.az | 10 İyul 2022 11:38
Salam. Motoru 1400 , ili 2014 olan Kia avtomobili texniki baxış var, nömrə dəyişmir, rüsum nə qədər olar. Başqa nə sənəd və ya arayış tələb olunur.
Eldar | 8 İyul 2022 22:36
Salam. Bu linkə daxil olub hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 10 İyul 2022 11:21
salam. onu öyrenmek isdiyirdim ki prava olmadan mehle arasında, neqliyat vasitelerinin az olduğu yollarda şexsi maşini idare etmek qadağandır?
rəvan | 8 İyul 2022 21:33
Salam. Xeyr olmaz.
Avtosfer.az | 10 İyul 2022 11:18
Salam. Dairədə iki avtomobil yanaşı hərəkət edir. Sağdakı avtomobil dairədə hərəkətini davam etdirir, soldakı avtomobil dairədən çıxmaq istəyir. Kim kimə yol verməlidir?
Nicat Eynulla | 8 İyul 2022 21:05
Salam. Soldakı yol verməlidir. Ümumiyyətlə dairəni sol zolaqdan tərk etmək qadağandır, 40 manat cəriməsi var. Dairəni yalnız sağ zolaqdan tərk etmək olar. Sürücü əvvəldən dairənin sağ zolağına yerdəyişmə etməlidir, sonra sağ zolaqdan tərk etməlidir.
Avtosfer.az | 10 İyul 2022 11:17
Salam men bmw f10 markali avtomobil idare edirem ve avtomobilin uzerinde önde 245/30 R20 arxada 275/30 R20 disk tekerleri movcuddur . Bunun qanuna ziddir?
Kerim | 8 İyul 2022 19:09
Salam. Zavod göstəricilərinə baxmaq lazımdır. Zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 10 İyul 2022 11:15
Salam. Kustar usulla hazirlanmiş perdelere cerime var? Varsa ne qederdir? Birdeki brizqaviklere göre yay ayinda cixarmag olarmi? Onceden teşəkkurlər.
Elvin | 8 İyul 2022 18:28
Salam. Bu dəqiqə plyonkaya cərimə yazılmırsa pərdəyə də cərimə yazılmamalıdır.
Brızqavikləri heç bir halda çıxartmaq olmaz.
Avtosfer.az | 9 İyul 2022 13:50
bele surulemyin bir cerimesi yoxur menim fikrimce
sizin de fikrinizi oyrene bilerem?
Resid | 8 İyul 2022 16:22
150 manat cəriməsi var.
Avtosfer.az | 9 İyul 2022 13:49
Mən 2021 də yeni avt almışam. İndi qeydiyyat şəhadətnaməsini itirmişəm. Çox xahiş edirəm deyəsiniz mən neçə yeni şəhadətnamə almalıyam? Əgər avt baxış olmalıdırsa şəhafətnaməsiz avtobili dyp aparmaq olarmı? Təşəkkürlər
Natavan | 8 İyul 2022 11:41
Qeydiyyatda olduğunuz ünvanın polis idarəsinə gedib qeydiyyat şəhadətnaməsinin itməsi ilə bağlı ərizə verin. Oradan arayış aldıqdan sonra qeydiyyat-imtahan şöbəsinə yaxınlaşıb 30 manat ödəməklə yeni qeydiyyat şəhadətnaməsi ala bilərsiniz.
Avtosfer.az | 9 İyul 2022 13:49
Salam deməli Respublika qaisində generalni etibarnamə ilə maşını başqa adama satıb onun mülkiyyətinə keçirtmək istəyirəm bizə deyirlərki texpasport kimin adınadısa o gəlib alqı satqı etsin bu nə dərəcədə doğrudur? Xahiş edirəm ətraflı izah edində
Yusif | 8 İyul 2022 08:47
Salam. Belə bir tələb qanunsuzdur. Mülkiyyətçi o zaman gəlməlidir ki, maşının üzərindəki nömrəni alan adamın adına keçsin. Digər halda mülkiyyətçinin çağırılması qanunsuzdur.
Avtosfer.az | 9 İyul 2022 13:47