SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam masin nomresini padprese vurmag olar ve ya hansi standartlsr var ?
resid | 23 Mart 2023 20:19
Salam. Olmaz. 40 manat cəriməsi var.
Avtosfer.az | 27 Mart 2023 15:19
Salam.məndə maşın ford fusiondu.bu maşınlarda arxa buferdə işıq qaytarıcılar(otrejatel) olur.onun yerinə şəkildəki kimi belə bir işıqlar satılır quraştırmağa icazə var?
Əsgər | 17 Mart 2023 06:14
Salam. Olar. Amma başınızın ağrımamağını istəyirsinizsə quraşdırmayın.
Avtosfer.az | 17 Mart 2023 15:10
Avtomobile reklam yapışdırmağın qiymeti neçedir
Mutalib | 17 Mart 2023 00:03
Onu DYP-dən soruşun.
Avtosfer.az | 17 Mart 2023 15:09
Salam bilmek isterdim on və arxa faralara Vinil vurmaq olarmı və olarsa neçə faizdir? Hansı maddə qeyd edilib bunlar
Seymur | 16 Mart 2023 23:02
Salam. Olmaz.
Avtosfer.az | 17 Mart 2023 15:08
Salam aleykum.vaz 2107 avtomobiline momo rul qadagandir yoxsa yox?
Bextiyar | 16 Mart 2023 12:59
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 17 Mart 2023 15:08
Salam bu hansi qayda pozuntusunun cerimesidi bele EQ13106066 birde bu haqda hecbir sifahi ve yazili halda melumat verilmeyib bele olan halda men ne etmeliyem ozum internet uzerinde yoxlama eden zaman gormusem bunu 10 gun verilen guzest muddetide kecib axi ne derecede duzgundur bu mene melumat verilsinki men bilimde cerimem var belke hec ozum yoxlamiram cerimem oldugunu indi men odemesem debbe pulu hesablanacag ama helede hecnir melumat gonderilmeyib ki men bilim bu nedi harda yazilib
Azer | 16 Mart 2023 01:30
Bu barədə DYP-yə rəsmi şəkildə müraciət edin.
Avtosfer.az | 17 Mart 2023 15:07
Salam avtomobili 1 fara ile surmek cerime sayilir
Emin | 15 Mart 2023 09:21
Salam. Bəli. 150 manat cəriməsi var.
Avtosfer.az | 17 Mart 2023 15:06
Salam. Opel markali avtomobile coil over amartizatorlari qurasdirmaq isteyirem. 4 u de eyni seviyyede yeni asagi olcude olacaq. Bilmek isteyirem bunun cerimesi varmi? Bunu servis qoysa ve kagiz verse kecerlidirmi? (Amerikanka isigi kimi - ozun qosa bilmezsen servis qoshub kagiz verse prablem yoxdu deyirler.)
Rufat | 15 Mart 2023 08:19
Salam. Qadağandır. Zavod məsləhət bilsəydi avtomobili həmin amortizatorla istehsal edərdi.
Avtosfer.az | 17 Mart 2023 15:06
Masini yoldasimin adina etmisem.nigah sehadetnamesi varimizi ele masini idare ede bileremmi yani edibarname olmadan dyp inspektoru mene cerime yaza bilermi
Emin | 15 Mart 2023 01:10
Bəli, qanunla sürə bilərsiniz. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/erle-arvad-arasinda-etibarname-lazimdir-dyp-yox-deyir-qanun-he-deyir-vi%CC%87deo-197803
Avtosfer.az | 17 Mart 2023 15:05
Salam masinin qabaq sag farasi yoxdu almaga getmek isdiyirem bele masini idare etmek olarmi
Emin | 15 Mart 2023 01:08
Salam. Xeyr, olmaz.
Avtosfer.az | 17 Mart 2023 15:03
Salam mene mexsus mashin surulmediyi halda texniki baxisha gore binanin qarshisinda dayanan veziyetde sekili cekilib ve cerimelenib
Ibrahim | 15 Mart 2023 00:57
Salam. Həmin fotonu bizim votsap nömrəsinə göndərin zəhmət olmasa. Göndərəndə bu məllumatı da yazın ora. 055 335 15 59
Avtosfer.az | 17 Mart 2023 15:02
Salam 2011-ci il buraxılış vaz21074 avtomobilimlə cox aşağı surətlə yolayrıcina yaxınlaşan zaman qarşı tərəfdən cox yüksək surətlə mersedes (dörd göz)dönərək yoluma kecməklə üzərimə sürdü və ciddi qəza yaratdı.Nəticədə mən baş nahiyyəmdən xəsarət aldım.avtomobılım yararsız hala duşdü.Qarşı tərəf günahkar olduğunu etiraf etdi.DYP əməkdaşlarıda,tədqiqatcilarda ölcü bicilərini edərək qarşı tərəfin günahını sübut etdilər.Xahiş edirəm mənə və avtomobilimə dəyən ziyanın qarşılanması qarşı tərəf və ya sıgorta tərəfindən necə ödənilməsi barədə məlumat verəsiniz
ilqar əsgərov | 15 Mart 2023 00:30
Salam. DYP forma 4-ü sığorta şirkətinə onlayn qaydada göndərəcək və sonra siz həmin sığortadan ya pulu alacaqsınız, ya da maşını düzəltdirəcək.
Avtosfer.az | 17 Mart 2023 15:00
Salam vaz 2106 qabağı qanunla neçe barmaq olmalıdı?
Sübhan | 14 Mart 2023 23:38
Salam. Asqı sistemi barmaqla ölçülmür. Onun ölçü meyarları da yoxdur.
Avtosfer.az | 17 Mart 2023 14:59
salam masini sport yazdirmaq olar yeni masina pinema qoymaq istesem
ramil | 14 Mart 2023 22:29
Salam. Xeyr.
Avtosfer.az | 17 Mart 2023 14:57
Elektron sekilde adima avtomobil olub olmadigini nece bile bilerem?
Xudakerim | 14 Mart 2023 17:43
My.gov.az saytında elektron kabinet yaradıb özünüz haqqında istənilən məlumata baxa bilərsiniz.
Avtosfer.az | 17 Mart 2023 14:57
Salam, masini men alanda qaz balonu gelmisdi ustunde 2022 ci ilde, texpasportda qeyd olunub sonra men onu sokdurdum atdim baga ki lazim deyil mene, lizingi bagladim gedecem gelen hefte masini adima qeydiyyat elemeye o qaz balonu problem yaratmaz mene? birdeki Qaz balonu ozu kredit zad olar odenisi odenmez borcu olar nese o problem yaratmaz mene? Alanda men masini dedilerki qaz balonu odenilib 130 manat borcu qalib onuda bu gun odeyecem. Problem olmaz mene?
Elgun | 14 Mart 2023 16:23
Salam. Qaz balonunu sökmüsünüzsə qeydiyyat şəhadətnaməsində həmin söz silinəcək. Başqa problem yarana bilməz.
Avtosfer.az | 17 Mart 2023 14:54
Salam.men vito w638 model sururem.adima qeydiyyat eymey isteyirem butun senedler qaydasindadi birce kuzanın birkasi yoxdu.onun rusumu ne qeder olur?
Cavad | 14 Mart 2023 13:22
Salam. Birkanın olmaması heç bir problem yaratmamalıdır. Birkaya heç ehtiyac da yoxdur. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/dyp-birkasi-olmayan-masina-gore-surucuye-ne-ede-biler-i%CC%87zah-193644
Avtosfer.az | 17 Mart 2023 14:52
Salam arxa stoplara 15%li qara ortuk cəkdirmək qadağandirmi ve yaxud cərməsi varsa nə qədərdir Siz bu suala bel' cavab vermisiz? Əli | 12 Mart 2023 21:00 Salam. Qadağandır. 150 manat cəriməsi var. amma yerində aradan qaldırılırsa 50 manat cərimə olunur. cərimə meydançasına aparılımır. aradan qaldırıla bilmədikdə aparılır cərimə meydaçasına və 150 man cərimə olunur.
Rəşad | 14 Mart 2023 12:09
Yerində aradan qaldırıldıqda 150 manat yazılır, amma duracağa aparılmır. Yerində aradan qaldırmaq mümkün olmadıqda duracağa aparılır, həm də 150 manat cərimə yazılır.
Avtosfer.az | 17 Mart 2023 14:47
salam. Maşın alınıb üzərində propan qaz sistemidə quraşdırılıb. qaz quraşdırılan şirkətin sənədləri də var. qeydiyyat şəhadətnaməsinə necə yazdırmaq olar. olarsa hansı sənədlər əsasında. bir neçə gün öncə DYP texniki şöbəsinə müraciət etdim dedilər icazə verilmir arayış vermeye soruşdum ki, bəlkə qanunda ləğv olub qaz quraşdırmaq dedi yox daxili göstəriş verilib bu hansı dərəcədə düzgündür. və necə etmək lazımdır ki qey. şəh. yazılsın. zəhmət olmasa cavab İMEİ ünvana göndərilsin.
Rəşad | 14 Mart 2023 11:52
Salam. Bunun üçün DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 17 Mart 2023 14:45
Salam yerde masn yanda siqaret cekirdim etrafda zibil qutsu oladqi ucun daskesen yoL polsi mene 36manat cerme yazdi men bildrdmki rayon merkezdi de zibil qutsu gosder etrafda atim ora yenede mene yazdi pratakol 36manat bu ne derecede duzdu
Ceyhun | 14 Mart 2023 01:22
Salam. Düzgün ediblər cərimə yazmaqda. Zibil qutusu olmayanda zibili yerə atırlar? Hərə yerə bir zibil atsa ölkə zibilxana olar. Əlinizdə olan istənilən zibili cibinizdə və yaxud maşınınızın bir hissəsinə qoyub zibil qabı görəndə ata bilərsiniz. Zibil qabının olmaması sizə yolu zibilləməyə üstünlük vermir.
Avtosfer.az | 14 Mart 2023 17:38
Salam arxa banper ustadadı renglenir ve nomre banpere vurulmur bu halda idare ede bilerem maşını
Rehim | 13 Mart 2023 22:55
Salam. Əslində bampersiz idarə etmək olmaz. Maşın konstruktiv bötüv olmalıdır.
Avtosfer.az | 14 Mart 2023 17:34
Bayaqki e60 bmw haqqinda verdiyiniz cavab mence tam olaraq duzgun olmadi)cunki yol hereketi haqqinda qanunun 30.5 ci maddesinde normativ telebler pozulmamaqla avadanligin qurashdirilmasina icaze verilir.fikrimce avtomobilin oxlar uzere dusen agirligi teyin etmeden bu qerari vermeleri duzgun deyil axi.
Yashar | 13 Mart 2023 17:55
Biz cavablandırdıq. Siz necə qiymətləndirirsinizsə bu sizin şəxsi fikrinizdir.
Avtosfer.az | 14 Mart 2023 17:33
İXP5246010 pratakol səhv mənə yazılıb.basqasinin cəriməsi mənə gəlib.sadəcə maşın nömrəsi düzdü ama ne şekil var nedeki cərimə yazılan ad mən deyiləm.men necə sildire bilərəm bunu?adım Hacıyev Shaban Qalib oğlu.maşının nömrəsi 99-PR-837.cerime yazilanin adi Vəlisoy Oğuz Məmmədəli
Shaban | 13 Mart 2023 15:58
Araşdırılıb məlumat veriləcək sizə.
Avtosfer.az | 13 Mart 2023 16:32
Salam.bmw e60 kuzaya sport yaylar qoymusham.zavid istehsali ve bmw terefinden istehsal olunan yay deyil.amma kesib ve ya qizdirilmayib.bmw ucun olan sport yaydir.ixm 342.2.2 ve 342.2.3 maddesiyle cerime yazilib.bmw servisde sadece mashinin hundurluyunu olcdyler ve dediler zavod normasindan ashagidir.sizce bu cerime ne derecede dogrudur?qeyd edim ki,ixm 342.2.3 de qeyd olunan oxlar uzre agirliq meselesini yoxlamayiblar.
Yashar | 13 Mart 2023 15:29
Salam. Sport yaylar qadağandır. Çünki zavod onu sizin maşın üçün nəzərdə tutmayıb. Cərimə düzgün yazılıb.
Avtosfer.az | 13 Mart 2023 16:24
Salam arxa stoplara 15%li qara ortuk cəkdirmək qadağandirmi ve yaxud cərməsi varsa nə qədərdir
Əli | 12 Mart 2023 21:00
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 13 Mart 2023 13:52
Salam bmw328i. M3 yigilib. Ve texpasportda qeyd olunub m3 yigildigi. Ve masinin qazani yigilibdi. Buna cerme var?
Ruslan | 12 Mart 2023 14:13
Salam. Səs desibeli və digər normativlər pozulmayıbsa cəriməsi yoxdur.
Avtosfer.az | 13 Mart 2023 13:52
Salam Nv-nin nomresini rengi gedibse ve onu elnen yeniden renglene bileemi? Elnen renglendiyi halda cerimesi varmi ve cerimesi nedi ?
Yusif | 12 Mart 2023 08:15
Salam. Özünüz rəngləməməlisiniz. Yeni qeydiyyat nişanları almaq lazımdır. 2 ədədi 30 manat 40 qəpikdir.
Avtosfer.az | 13 Mart 2023 13:51
Ford transid yuk avtomobilne led qoymaq cerimesi varmi ama faranin içnde isiq yayan var ve isiqi nizamlayicidi
İbrahim | 11 Mart 2023 23:41
Bu suala şifahi şəkildə cavab vermək mümkün deyil. Mütəxəssis baxıb deməlidir.
Avtosfer.az | 13 Mart 2023 13:50
Vaz 2106 ön hissəsi neçe barmağ olmalıdır?
Yusif | 11 Mart 2023 23:33
Asqı sistemi barmaqla ölçülmür.
Avtosfer.az | 13 Mart 2023 13:49
Salam. Men taksi sifarish verdim toyota prius. Gelib dediki sizi goture bilmerem ( biz 4neger idik ) dedi ki arxaya 2 nefer otura biler, 3 nefer oturmushdu deyir 60azn cerime edibler. Men bilen arxaya maksimum 3 nefer otura biler.
Elvin | 11 Mart 2023 23:13
Salam. Bəli, arxada 3 nəfər əyləşə bilər.
Avtosfer.az | 13 Mart 2023 13:49