Banner

Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO

Qəzalar 13 Noyabr 2026 21:11
Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə olun

Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı minik avtomobillərindən biri vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. 

Bu hadisə keçidlərdən istifadə etməməyin nə qədər təhlükəli və faciəvi olduğunu bir daha göstərdi. Tələsik qərar verərək yolun hərəkət hissəsindən keçməyin. Məqsədiniz yolun bir tərəfindən digər tərəfinə daha tez çatmaq istəyi olacaqsa, dayanın! Hərəkət hissəsindən yox, keçidlərdən istifadə edin!

Oxunub : 96
ŞƏRH YAZ
Ad

E-mail

Şərh