Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam menim maşınımda vaz 2107 di Arxası aşağıdı purjun ölüb 3 il yük daşmışam yemiş çox daşmışam O cerimesi varmı? Purjun 9 diş var
Revan | 10 Fevral 2022 20:28
Salam. Əgər kəsik yoxdursa heç bir problem yoxdur.
Avtosfer.az | 11 Fevral 2022 13:58
Salam. Nivaya wrangler faralar qoymağın cəriməsi varmı?
Nicat | 10 Fevral 2022 20:06
Salam. Zavod Nivaya bu faradan qoymur axı. Ona görə olmaz.
Avtosfer.az | 11 Fevral 2022 13:57
Salam mende nivaya vrangler farasidi deyiller lede icaze yoxdu bu ise zavod isdehsali nizamlayicisida isleyir xais edirem cavablandirardiz
İbrahim | 10 Fevral 2022 19:13
Salam. Zavod Nivaya vrangler farası qoymur axı.
Avtosfer.az | 11 Fevral 2022 13:56
Salam Vaz 2106 Led qurasdirmaq olarmi Ön farlara ??
Sabbar | 10 Fevral 2022 17:20
Salam. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın. Onu da yalnız mütəxəssislər bilir.
Avtosfer.az | 11 Fevral 2022 13:55
Salam baqajın üstünə belə işıqlı spoiler qoyulmasının cəriməsi var?
Orxan | 10 Fevral 2022 17:07
Salam. İşığı olmasa quraşdırmaq olar. Əlavə işıq qadağandır.
Avtosfer.az | 11 Fevral 2022 13:54
Salam faraların 15% lik tündləşdirici plyonka çekilmesinin cəriməsi varmı?
Orxan | 10 Fevral 2022 16:41
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 10 Fevral 2022 16:51
Salam bu stopun cermesı var ?
Taleh | 10 Fevral 2022 11:34
Salam. Foto gəlməyib. Yenidən göndərin.
Avtosfer.az | 10 Fevral 2022 13:26
Salam, bilmək istərdim hüquqi şəxslər avtomobili idarə etmək üçün verdiyi daxili etibarnamələr hansı üsulla qeydiyyatdan keçirilməlidir? lizing şirkəti daxili etibarnamə təqdim etmişdi lakin cərimə yazıldı və "sistemdə qeydiyyatdan keçirilməlidir" cavabı alındı
Aqil | 10 Fevral 2022 10:52
Salam. Daxili etibarnamə sürücünün üzərindədirsə ona heç kim cərimə yaza bilməz.
Avtosfer.az | 10 Fevral 2022 13:26
Salam menim 2107 markali avtomonilimde arxa prujinleri nece deyirler oludu ,sualim odu ki meni cerime meydancasina apara bilerlermi ve ya mene cerime dusur?
Hesen | 10 Fevral 2022 07:08
Salam. Yaylar özü işlənib aşağı yatıbsa buna görə nə duracağa apara bilərlər, nə də cərimə yaza bilərlər.
Avtosfer.az | 10 Fevral 2022 13:24
salam, coilover, spoiler, müxtəlif (zavoddan fərqli) ehtiyat hissələri buferlər, widebody(gövdə enləndiricilər) və s. avtomobilə əlavə edilərsə bunu rəsmiləşdirməyin-qanuniləşdirməyin hər hansı yolu varmı?
Turgut | 10 Fevral 2022 01:44
Salam. Nümunə kimi foto olsaydı baxıb dəqiq cavab verərdik. Ümumiyyətlə bu cür dəyişikliklərin qeydiyyata alınmasına ehtiyac yoxdur.
Avtosfer.az | 10 Fevral 2022 13:23
Salam yeni qanuna esasen juqili aftomibiline dalni bilijniye led qurasdirmaq olmaz? Zavod h1 h4 lampalari led h1 h4 lampalarla evez edmey olmaz juqilide?
Elcin | 10 Fevral 2022 00:47
Salam. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın. Onu da yalnız mütəxəssislər bilir.
Avtosfer.az | 10 Fevral 2022 13:22
Salam.men 45-BE-444 dovlet nomrelı mawını oz adıma aformut etdırmek ısteyrem.genralnı davernusla da menım adımadı.ancaq menden nomre rusumlu nomredı deyıb 550 manat pul teleb edırler kı ver adına aformut edek.bu qanunla duzdurmu deyerdız cox xaıw edırem
Şükür | 10 Fevral 2022 00:26
Salam. Maşının mülkiyyətçisinin razılığı olmadan nömrənin digər şəxsin adına keçirilməsinə icazə yoxdur. Ona görə ya mülkiyyətçi alqı-satqıda iştirak etməlidir, ya da notarial qaydada razılıq ərizəsi verməlidir. Qeydiyyat rüsumlarını təqdim etdiyimiz linkdən hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 10 Fevral 2022 13:22
Salam 7 ay evel mawin vurub meni.agir beden xesaretleri almisam. Ne komey eden yoxdu nede mustentikler isime baxmir men neylemeliyem?
Emrah | 9 Fevral 2022 23:50
Salam. 055 335 15 59 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat verin işıqlandıraq.
Avtosfer.az | 10 Fevral 2022 13:14
salam menim aftomabilim yanaraq yararsiz hala geldi sadece sizdən bir soz oyrenmek isdeyerdim evelceden tewekutler mawin demek olar salon hissesi tamam yanib mator xadavoy ve col hissesi qismen normaldi men indi o mawini nece deyeler metaloma ve ya ehtiyyat hisse kimi sata bilerem mene her hansi bir arayiw kimse verecekmi ya nece olur bu haqda melumat isdeyerdim sizden sagolun.
Rustem | 9 Fevral 2022 22:09
Salam. DYP-də avtomobili çıxdaş etdirin, oradan arayış alaraq ehtiyyat hissələrini satın.
Avtosfer.az | 10 Fevral 2022 13:13
Salam maşında brizavik yoxdusa onun cermesi neqederdi?
Rəvan | 9 Fevral 2022 21:11
Salam. Palçığa qarşı fartukların olmaması nasazlıq sayılır. Həmin nasazlığın aradan qaldırılması mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 10 Fevral 2022 13:12
Salam menim avtomobilimde vaz 2106 yaxın vuran(ближний) lampalarim led lampadir buna cərimə yazıla bilər?
Sahib Qurbanov | 9 Fevral 2022 19:15
Salam. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın. Onu da yalnız mütəxəssislər bilir.
Avtosfer.az | 10 Fevral 2022 13:11
salam Lupasiz Fara ucun led iwiqlarin cerimesi var?
Ferid | 9 Fevral 2022 16:23
Salam. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın. Onu da yalnız mütəxəssislər bilir.
Avtosfer.az | 10 Fevral 2022 13:11
Salam maşın priora matkasi sport purjun ve sport anaritizator var ve hamsinin Lada zavodu terefden tesdiqlenmiş Sertifikati var ve tercumeside asan xidmetde edilib buna gore cerime yazila bilermi mene ?
Murad | 9 Fevral 2022 15:39
Salam. Dediyiniz yaylar və amartizatorların "VAZ" tərəfindən istehsal etdiyinə dair sənəd var? Varsa göndərin baxaq.
Avtosfer.az | 10 Fevral 2022 13:11
Salam chevrolet cruze 2014 led fara qurasdirmax olar ?
Ali | 9 Fevral 2022 12:07
Salam. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın. Onu da yalnız mütəxəssislər bilir.
Avtosfer.az | 10 Fevral 2022 13:10
Salam 2 sualım olacaq 1 ci sual optima madelidi dam hissəsi panaramadı mən sağ və sol hissəsini vinil çekdirsəm problem olarmı problem olsa yerində söksəm bildiyim qədəri ilə cərimə yazıla bilməz? 2 ci sualım avtomobil alt hissəsinə yəni altına işiq qoymaq isdiyirəm onun cəriməsi varmı?
Vusal | 9 Fevral 2022 11:47
Salam. BAxır vinili necə vuracaqsınız. Nümunə şəkil olsaydı dəqiq cavab deyə bilərdik. Maşının alt hissəsinə işıq qoydura bilməzsiniz.
Avtosfer.az | 10 Fevral 2022 13:07
Salam mende prioradi arxa yaylari 1 kuruq kesilib. 12 olmaldi 11 di . Cerimesi ne qederdi? Ve saxladiqlari halda meni cerme meydancasina apara bilerlermi? Birdeki ona gore cerime yazilsa nece gun erzinde deyismeliyem?
Şamo | 9 Fevral 2022 09:38
Salam. Bəli duracağa aparıla bilər. 150 manat cəriməsi var. Duracaqda dəyişib çıxartmalısınız.
Avtosfer.az | 10 Fevral 2022 13:06
Salam Chevrolet cruze 2017 avtomobilinə qabağ faraya və dumanlıya led işığ qoymaq cərimədir?
Hüseyn | 9 Fevral 2022 01:46
Salam. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın. Onu da yalnız mütəxəssislər bilir.
Avtosfer.az | 10 Fevral 2022 13:05
Salam lupali fara ve lupali duman farasina led isiq qurasdirmaq cerimedi?
Vuqar | 9 Fevral 2022 00:55
Salam. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın. Onu da yalnız mütəxəssislər bilir.
Avtosfer.az | 10 Fevral 2022 13:05
Salam vaz 2107 led pavarotnike taxa bilerem?
Revan | 8 Fevral 2022 17:17
Salam. Biz belə bir söz deyə bilmirik. Gərək mütəxəssis baxsın.
Avtosfer.az | 10 Fevral 2022 13:04
Salam led işıq taxmaq istiyirəm Cermesi var? Led işıq nece olmalıdı?
Revan | 8 Fevral 2022 17:16
Salam. Led işığı mütəxəssis nəzarəti ilə quraşdırmaq olar. Bir şərtlə icazə verilir ki, normativ tələbləri pozmasın.
Avtosfer.az | 10 Fevral 2022 13:03
Bu videonu göndərin polisə zəhmət olmasa, ictimailəşdirək. Avtomabildə hamilə qadın var, əsas yol məndə ola ola, qarşıma çıxıb icazə vermədi keçməyə. Məcbur qəza şəraiti yaradıb arxaya verib daha sonra keçə bildim.
Elyar | 8 Fevral 2022 13:58
Video gəlməyib bizə. Zəhmət olmasa videonu və onun haqqında olan məlumatları bu nömrənin votsapına göndərin. 055-335-15-59
Avtosfer.az | 10 Fevral 2022 13:02
Profilimdeki maşının qabaq faralarını 15 faizlik qaraldıılıb ve işıq qoyulub qaş kimi bunların cermesi varmı.
Orxan | 7 Fevral 2022 22:29
Foto gəlmədiyi üçün cavab verə bilməyəcəyik.
Avtosfer.az | 10 Fevral 2022 12:56
Salam menim babamın masini var babam rehmete gedib nenem sagdi men o masini nece sata billem
Vahid | 7 Fevral 2022 22:18
Salam. Allah rəhmət etsin. Öncə notarial qaydada nənəniz vərəsə kimi müəyyən olunmalıdır, sonra maşın keçməlidir nənənizin adına. Onda sonra ya özü satmalıdır, ya da sizə etibarnamə verməlidir ki, siz satasınız.
Avtosfer.az | 10 Fevral 2022 12:56
salam mende vaz 2107di rolu deyişmişem fiat rolu qoymuşam sadece daire deyişilib bunun cerimesi var? varsa neqederdi?
Rehman | 7 Fevral 2022 17:14
Salam. Xeyr, cəriməsi yoxdur. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 10 Fevral 2022 12:54
Salam.men bu qayinan sohbet eledim ve size atdigim sekilleride gosderdim.o mene dediki bele elave olunan basliqlarin cerimesi var amma siz cerimesi yoxdu yazmisdiz ?...bunu nece basa dusum ? Diqqetinize gore minnetdaram
Vusal | 7 Fevral 2022 16:46
Salam. Sizə göndərdiyimiz linkdə ətraflı məlumat yazılıb. Əgər səs desibeli və işlənmiş qazların xaric edilməsi normativlərdən kənara çıxmırsa heç bir problem yoxdur. Qanunda yazılmayıb ki, avadanlıq quraşdırmaq olmaz. Qanunda yazılıb ki, "normativ tələblər pozulmaqla" avadanlıq quraşdırmaq olmaz. Siz də bunu quraşdıranda noramtiv tələbləri pozmursunuzsa deməli icazə var. Burada da iki normativ tələb var. 1) səs desibeli, 2) İşlənmiş qazların normal xaric olunması
Avtosfer.az | 7 Fevral 2022 17:05