SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Mashin bmw 530i. 3 mator twin turbo. Muherrikin hecmi 2996. Sesi yuksek cixir amma senedde M yazilib. Deyirler M yazilmanin senede aidiyyati yoxdur? M yazisinin sese aidiyyati var ya yox
Vusal | 13 Yanvar 2022 01:01
Salam. Səs 74 db-dən çox olmamalıdır.
Avtosfer.az | 13 Yanvar 2022 13:18
Salam men sari iwiq yanan zaman yolayricina daxil olmuwam lakin mene cerime gelbki qirmizidan kecmisiz. Bununla bagli ne etmeliyem hara wikayet ede bilerem. Protokol sehf yazilib. Cunki bildiyim qederi ile sari iwigda yolayricina daxil olmuwamsa hereketi davam etdire bilerem.
Bəhruz | 12 Yanvar 2022 22:23
Salam. Sarı işıqda hərəkət etmək qadağandır. Cəriməsi 3 bal 60 manatdır.
Avtosfer.az | 13 Yanvar 2022 13:17
Bu ne derecede düzgündür
Parvin | 12 Yanvar 2022 20:09
Dayanma-durma qadağan olunan yerdə dayanmaq olmaz.
Avtosfer.az | 13 Yanvar 2022 13:16
Salam. Sizde Nissan Note 2013 yan suseleri varmi? Ancaq aq olmasin, cunku qabaqlar butulucnudur
Muxtar | 12 Yanvar 2022 18:19
Salam. Bizdə ehtiyat hissələri satılmır. Bunun üçün mağazalara və ya servisə müraciət edin.
Avtosfer.az | 13 Yanvar 2022 12:49
10-00-010 10-00-100 10-T0-010 Nomrelerinin satis qiymetini deyerdiniz zehmet olmasa
İbrahim | 12 Yanvar 2022 18:12
010 nömrəsinin rüsumu 30 manat, 100 nömrəsinin rüsumu isə 2000 manatdır.
Avtosfer.az | 13 Yanvar 2022 12:48
Salam mən A kateqoriya sürücülük vəsiqəsi almaq istəyirəm bunun üçün hansı mərhələlrdən keçməliyəm.BC kateqoriya vesiqəm var 2009 ildə almışam A kateqoiya vəsiqə almaq üçün sürücülük məktəbi bitirməyim vacibdi?
Zaur | 12 Yanvar 2022 11:55
Salam. A kateqoriyası üzrə 2 dəfə müstəqil imtahan vermək hüququnuz var. İkinci dəfə kəsildikdən sonra mütləq məktəb oxumalısınız.
Avtosfer.az | 12 Yanvar 2022 15:28
Salam vaz 2107 ə sport yayların quraşdırılmasına qanunla icazə var ?
Polad | 12 Yanvar 2022 02:28
Salam. Xeyr. 150 manat cəriməsi var.
Avtosfer.az | 12 Yanvar 2022 15:27
Maşının nömresini qeyismek isleyirem ne qederdir
Rehim | 12 Yanvar 2022 02:01
Nömrənin dublikatının çıxarılması 30 manatdır. Yox əgər başqa nömrə almaq istəyirisnizsə 30 manat nömrə, 30 manat da qeydiyyat şəhadətnaməsidir.
Avtosfer.az | 12 Yanvar 2022 15:26
Texsmotor cerimesi
Rehim | 12 Yanvar 2022 01:54
50 manat
Avtosfer.az | 12 Yanvar 2022 15:25
Salam 0.096 ml ikili sayilirmi? Avtomobilin yoldasimin adinadi etibarnaməsiz idare ede bileremmi
Vusal | 12 Yanvar 2022 00:43
Salam. Bəli içkili sayılır. Bəli etibarnaməsiz idarə edə bilərsiniz, lakin nikah haqqında şəhadətnamə maşında olmalıdır.
Avtosfer.az | 12 Yanvar 2022 15:24
Salam, təkrar qeydiyyatla bağlı kalkulyatoru bu ayın 10 - dan istifadəyə verileceyini bildirmisdiz. Hələ istifadəyə verilməyib? Yoxsa verilib mən tapa bilmirəm? Mühərrik həcmi 2.4 , ili 1998 avtomobilin təkrar qeydiyyat rüsumu necədir? Teşekkürler
Ruslan | 12 Yanvar 2022 00:20
Salam. Artıq aktivdir. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 13 Yanvar 2022 12:41
Salam Amerkanka iwiglar 2 kontakt lampa ile qurawdirilib. Gece iwigi qowanda amerkanka ile birlikde pastayanni yanir hemcini. Avarenni veya donme iwiglarini vuranda heresi zavod necedise elede yanib sonur. Sualim buduki amerkanka iwigi pastayanni yandirib surmek olarmi ?
Nizami | 11 Yanvar 2022 23:31
Salam. Xeyr olmaz.
Avtosfer.az | 12 Yanvar 2022 15:22
Salam. Qabağımda geden avtomobil Tormozu edib, mende saxlaya bilmedim qeza oldu. Cerimesi nedir?
Ramil | 11 Yanvar 2022 22:37
Salam. Ara məsafəsini düzgün seçmədiyiniz üçün 40 manat cəriməsi var.
Avtosfer.az | 12 Yanvar 2022 15:21
Salam maşın Alınıb 2011 ci ilde genralni davernusla 2058 çi iledek qüvvededir texpasport adına olan adamin ailment borcuna göre maşına heps qoyulub men nece edim maşın idare eden bilmirem önceden tesekurler.
Orxan | 11 Yanvar 2022 22:35
Salam. Öncə məhkəmənin icra şöbəsi ilə danışın. Ya da məhkəməyə müraciət edin.
Avtosfer.az | 12 Yanvar 2022 15:20
Salam . Maşının texniki baxışının vaxtının nə vaxt bitəcəyi i necə öyrənmək olar .mümkünsə cavablandırarkız .
Rəvan | 11 Yanvar 2022 21:36
Salam. Ya 902-yə zəng edin, ya da 012 511 08 40 nömrəsinə zəng edin.
Avtosfer.az | 12 Yanvar 2022 12:35
Salam.biz kamaz markalı avtomobili 11.11.2021 ci ildä müqavilä ilä satmışıq.12500 manat ödäyib 3000 manatı 31.12.2021 ci il tarixädäk ödämäli idi.müqavilädä dä belä qeyd olunub.sürmäyädä etibarnamäni 31.12.2021 ci il tarixä qädär vermişik.amma heç cürä pulumuzu ala bilmirik.maşına häbs vermäk istäyirik,hara müraciät etmäliyik.amma bizdä generalnı davernistdi. biz hebs verdirä bilärik yoxsa maşın kimin adınadı o vermälidi?xahiş edirik bizi ätraflı başa salasız.
Famil | 11 Yanvar 2022 19:10
Salam. Bu linkə daxil olub DYP-yə rəsmi müraciət etməklə maşına həbs verdirə bilərsiniz. Bununla yanaşı məhkəməyə də müraciət edə bilərsiniz. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 12 Yanvar 2022 12:37
10-FT-008 bu nömrə neceyedi
Rufet | 11 Yanvar 2022 17:16
Dövlət rüsumu 2000 manatdır
Avtosfer.az | 12 Yanvar 2022 12:17
Salam, texpasporta sport yazdırmağ istiyrem bunun xerci ne qederdi
Xayal | 11 Yanvar 2022 15:12
Salam. Qeydiyyat şəhadətnaməsinə bu cür yazıların yazılması nəzərdə tutulmayıb.
Avtosfer.az | 12 Yanvar 2022 12:16
83 SAYLİ avtobus hansı MMnin tabeliyindedir?? MMCnin Unvanını ve EMAİLini zehmet olmasa gönderin.teşekkur
Sevda | 11 Yanvar 2022 02:33
Bunu biz bilmirik. BNA-dan soruşa bilərsiniz.
Avtosfer.az | 12 Yanvar 2022 12:16
salam mawin atanin adina olsa surerken neqeder cerme oluna biler menim hec bir senetim yoxdu yaw 24
qurban ahmedov | 10 Yanvar 2022 23:37
Salam. Sürücülük vəsiqəniz varsa etibarnamə olmadığına görə 40 manat cərimə yazılacaq. Sürücülük vəsiqəniz olmadığı halda sizə 100 manat, atanıza 60 manat cərimə yazılacaq.
Avtosfer.az | 12 Yanvar 2022 12:14
Salam. Bilmək istəyirəm ki, men ön buferi ustaya - rəngləməyə vermişəm. Şəkildə qeyd edilən kimi lakin nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını öz yerinə bağlayaraq idarə edirəmsə - ona hər hansı cərimə məbləği qanunla nəzərdə tutulur ???
Nazim Hüseynli | 10 Yanvar 2022 21:15
Salam. Buna cərimə düşmür. Amma maşını bufersiz sürmək də olmaz
Avtosfer.az | 12 Yanvar 2022 11:58
06 da Arxa purjun kəsildikdə cəriməsi ne qederdi
Islam | 10 Yanvar 2022 21:11
150 manat cəriməsi var.
Avtosfer.az | 12 Yanvar 2022 11:52
Salam. Jiquli markali avtomabilin on hissesi normal nece sm ve ya nece barmaq hundurlukde olmalidi?
Vusal | 10 Yanvar 2022 19:59
Salam. Belə şeylər sm-də ölçülmür.
Avtosfer.az | 12 Yanvar 2022 11:52
Bağışlayın, axı Youtube-de pnevmatik asqı ilə bağlı DJ Tural-ın videosu var ki, maşına pnevmatik asqı quraşdırıldıqda maşın texniki baxışdan keçirilərsə, heç bir problem yoxdursa, oxlar üzrə bərabər paylanırsa, heç bir qayda pozuntusundan söz gedə bilməz.
Cavidan | 10 Yanvar 2022 19:52
İstehsalçı zavod məsləhət bilsəydi onu pnevmatik asqı ilə istehsal edərdi.
Avtosfer.az | 12 Yanvar 2022 11:48
Salam.>> bu sizin mene yazdiginiz cavabdır. Sual:Qanunvericiliyimizde yazılıbkii “istehsalçı terefinden müeyyenleşdirilmiş ve sertifikatlaşdırılmış avadanlıq olmadan neqliyyat vasitesinin istismatı qadağandır” bele bir qanun var ? Yoxsa siz onu neye istinaden yazmısız?
İbrahim | 10 Yanvar 2022 18:31
Salam. Qanunda konkret belə cümlə yazılmayıb. Hər xırda bir avadanlıq üçün qanunda açıqlama verilsə qanun kitabının ağırlığından onu qaldırmaq olmaz.
Avtosfer.az | 12 Yanvar 2022 11:47
Salam rus istehsali olan avtomobillere ve ya digerlerine (esasen rusiya istehsali) coilover amartizator qoyulmasi qanunla nece tenzimlenir. Mehsul turk istehsali sertifikatli oldugu halda
Calil | 10 Yanvar 2022 13:57
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 10 Yanvar 2022 14:25
Minik mayınlar ses desibeli nece olmalı?
Serhat | 10 Yanvar 2022 12:34
74 desibel
Avtosfer.az | 10 Yanvar 2022 13:47
Salam. Maşını addan ada keçirmək üçün rüsumu özüm necə hesablaya bilərəm?
Telman | 10 Yanvar 2022 09:50
Salam. Bu gün saytımızda kalkulyator bölməsi aktiv olacaq.
Avtosfer.az | 10 Yanvar 2022 13:46
Salam 2013 Nivaya urban avadanliqlari qoyduqda cerime oluna bilerem?
Royal | 10 Yanvar 2022 07:46
Salam. Xeyr. Bunun cəriməsi yoxdur.
Avtosfer.az | 10 Yanvar 2022 13:44
Salam bmw e34 kuzaya pnevma qoydurmaq isteyirem nece qanuni ede bilerem ?
Rauf | 10 Yanvar 2022 03:08
Salam. Qanuni deyil.
Avtosfer.az | 10 Yanvar 2022 13:43