SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam hervaxdiniz xeyir 13 neferlik qazeli surmeye pravada hansi kataqorya almaq lazimdi
Ibrahim | 13 Yanvar 2021 14:31
Salam. Qazel zavod tərəfindən 13 nəfərlik buraxılmır axı. Ümumiyyətlə 9 nəfərdən artıq sərnişin daşımaq üçün D kateqoriyası lazımdır. Amma Qazelə əlavə oturacaqlar quraşdırmısınızsa qaydaları pozmuş hesab edilirsiniz.
Avtosfer.az | 14 Yanvar 2021 13:19
Salam, sualım bundan ibarətdir. İdarə etdiyim avtomobil vaz 2106 arxa yayların kəsilməsi ilə bağlı şəhər qayısı tərəfindən Ayna Sultanova adlanan prospektdə 412 qeydiyyat nişanlı şəhər qayısı tərəfindən saxla əmri ilə saxlamışam arxa yayların kəsiyi ilə bağlı qələbə dairəsi adlanan ərazidə yerləşən cərimə meydançasına aparılıb. Hara müraciət edəcəyimi soruşduqda Badamdarda yerləşən qayı respublikanskiyə 4-cü otağa yaxınlaşmağımı dedilər. Ora yaxınlaşdıqda kanstruksiya dəyişikliyi deyib 150 azn pul istədilər. Bilmək istəyirəm ki, arxa yayların kəsilməsinə görə cərimə varmı? Varsa əgər nə qədərdir? Xaiş edirəm ki, sualımı cavablandırasınız. Təşəkkür edirəm.
Royal | 13 Yanvar 2021 10:24
Salam. Bəli 150 manat cəriməsi var. Yayları kəsmək qadağandır.
Avtosfer.az | 14 Yanvar 2021 13:15
Salam,VAZ markalı avtomobillerin arxa yayını kesmeye icaze var?Eger varsa neçe kruq kesmeye olar?
Nemət Əkbərov | 13 Yanvar 2021 01:41
Salam. Xeyr icazə yoxdur.
Avtosfer.az | 14 Yanvar 2021 13:10
Salam axwaminiz xeyir menim mawinimi qayi saxladi awagi eyilib purjunlara vaxdi deyir posdavka qoyulubdu cerime meydancasina gedecekdi 150 manatda cerimedi elave avadanliga gore... Vaz2106 dir bunun heqiqetende cerimesi varmiki bawa duwmedim bu postavka ona gore qoyulubduki purjunlar demire deymesin hemde ses elemesin bunun niye cerimesi varki???
Emil | 13 Yanvar 2021 01:28
Salam. "Postavka" dediyiniz zavod tərəfindən quraşdırılmayıbsa deməli qadağandır.
Avtosfer.az | 14 Yanvar 2021 13:10
Salam mawin strafnoya geden de meselen men etiraz edirem mawinin duracaga getmeyine buna gore evakatort xidmeti aparirsa evakator odeniwi kim terefdendi ypx ya surucu?
Senan | 13 Yanvar 2021 00:55
Salam. Evakuatorun ödənişini siz etməlisiniz.
Avtosfer.az | 14 Yanvar 2021 13:09
On susenin tundluyu haqqinda yol hereketi hagginda qanunun hansi maddesindenn melumat elde etmek olar?
Royal | 12 Yanvar 2021 20:06
AZS 122-2004 standartında yazılıb. Həmin standartı tapıb oxuya bilərsiniz.
Avtosfer.az | 14 Yanvar 2021 13:08
Salam bu küçada iki taraftan giriş qadağandır işarəsi qoyulub xahiş ediram ora baxış keçirəsiniz (bu küça Nazirlar kabineti, Sabail rayonu şalalanin,teleteatrın aşağısıdır) qabaqcadan minnatdaram
Aydın | 12 Yanvar 2021 18:25
Salam. Foto və ya video göndərə bilərsiniz?
Avtosfer.az | 12 Yanvar 2021 18:27
Salam Wekil atdim ve zehmet olmasa diggetle baxin Wekildeki on istilik buraxmayan fiolet suse antiBlitik.dir Bundan umumiyetle istifade qadagandirmi ve eger gadagandirsa hansi maddede oz eksini tapib??qadagan olma sebebi nedir? Gabag suse nece faize geder tundlesdirile biler?
Royal | 11 Yanvar 2021 23:39
Salam. Rəngi dəyişən şüşədirsə icazə yoxdur. Yox əgər eyni rəngdə qalırsa şüşənin şəffaflığını ölçdürün. Alın şüşəsi 75 faiz şəffaf olmalıdır.
Avtosfer.az | 12 Yanvar 2021 16:14
Salam. Vaz 2107 avtomobilindr on yaylarin uzerine lori dilde desek pastavla qoymaga icaze var? Maksimum mesafe ne qeder olmalidir krel ve teker arasinda?
Ebish | 11 Yanvar 2021 21:50
Salam. İcazə yoxdur.
Avtosfer.az | 12 Yanvar 2021 16:14
72-bc-487 pilakali ad soy ad ve nomiresin deye bilersz xaiw
Elsun | 11 Yanvar 2021 20:04
Bunu biz bilmirik. DYP-yə müraciət edin.
Avtosfer.az | 12 Yanvar 2021 16:17
Salam. vaz 2106 ucun arxa nomreni uzun yox, kvadrat almag isteyirem. Bunun nese cerimesi var?
Elgun | 11 Yanvar 2021 11:42
Salam. Nömrənin yeri kvadrat deyilsə, onu heç sizə verməyəcəklər.
Avtosfer.az | 12 Yanvar 2021 18:13
salam. Avtomobildə normativ tələblər pozulduqda nə nəzərdə tutulur? Məsələn VAZ 2107- markalı avtomobildə normativ tələblər pozulmasi hansı hallardır? Və ya VAZ 2107- markalı avtomobilin normativ tələbləri haqqında hardan məlumat əldə etmək olar?
Tural | 11 Yanvar 2021 11:34
Salam. Misal üçün siz yayları kəsdirirsiz, bu zaman normativ tələbi pozmuş sayılırsınız. Çünki zavod onu o cür istehsal etməyib. Sonra, faraya ağ işıq əvəzinə sarı işıq quraşdırırsınızsa normativ tələbi pozmuş sayılırsınız. Yaxşı olardı ki, yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsini oxuyasınız.
Avtosfer.az | 12 Yanvar 2021 16:21
Salam bilmək istəyirəm ki sovet istehsali olan avtomobildə sükani dəyişdirmək qanunla qadağandir? Yəni ki fiat vəya digər model sukanla.
Tural | 11 Yanvar 2021 11:30
Salam. Xeyr qadağan deyil. Linkə daxil olub ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 12 Yanvar 2021 18:15
Salam zehmet olmasa sualimi cavablandirardiniz 07dinin tekerin dachshunds latqasi olmasa ona gore cerme yaza biler polis Yeqin fikrimi catdira bildim size palciq vurmasin deye qoruyucunu deyirem tewekkurler
Səmsi | 10 Yanvar 2021 23:56
Salam. O avtomobildə olmalıdır. Olmadıqda nasazlıq sayılır. Əgər brızqovik olmadıqda nasazlığı aradan qaldırmalısınız. Aradan qaldırılması mümükün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 12 Yanvar 2021 18:17
Salam Men masinima spoyler yandan ve önden artirmalar qosdurmaq isteyirem buna qanunla icaze varmi?
Ramik | 10 Yanvar 2021 22:12
Salam. Buna görə hrç bir qadağa yoxdur. Sadəcə elə quraşdırılmalıdır ki, heç kimə mane olmasın.
Avtosfer.az | 12 Yanvar 2021 18:20
Salam ypx oz xidmeti erazizi olmuyan yerden hansisa bir masini cerme meydancasina aparanda sertdi oz xidmeti erazisine aparsin ya hemin erazinin cerme meydancasina da apara biler ?
Senan | 10 Yanvar 2021 14:33
Salam. Öz xidməti ərazilərinin duracağına aparırlar.
Avtosfer.az | 12 Yanvar 2021 18:21
salam tofaş markalı avtomobile vaz 21015 motorunu qomag olurmu? olursa bu haqda etraflı yazardız
zaur | 10 Yanvar 2021 10:34
Salam. Onu mütəxəssislərdən soruşa bilərsiniz. Əgər normativ tələblər pozulmayacaqsa quraşdırmaq olar. Bunu quraşdırmaqda məqsəd nədir bəs?
Avtosfer.az | 12 Yanvar 2021 18:28
Mersedes ses bogucu qoymuwam desibel 91 aZdi , knopkan sesli ve ses siz elemek olur bunun cerimesi var
Elcin | 10 Yanvar 2021 03:54
Sualınız aydın olmadı. Qoyduğunuz düymə nə edir?
Avtosfer.az | 12 Yanvar 2021 18:29
Salam arxa geriye görme işığını led ile evez ede bilerem öz işiqi zeyif salır bu ondan güclüdür buna göre cerime yazıla bilermi?
Telman | 9 Yanvar 2021 19:21
Salam. Bəli olar.
Avtosfer.az | 12 Yanvar 2021 18:30
Salam.Lada Priora markalı avtomobile sertifikatlı yeni heqiqetende Lada Priora üçün nezerde tutulmus pnevmatik asqi quraşdırmaq isteyirem.ztexniki pasportda elave qeydə yazdirmaga ehtiyac var yoxsa xeyr?
Tofiq | 9 Yanvar 2021 17:35
Salam. Bunun üçün qeydiyyat şəhadətnaməsinə nəsə əlavə edilməsi qanunda nəzərdə tutulmayıb. Amma pnevmatik asqının özü sual altındadır ki, normativ tələbi pozacaq yoxsa yox.
Avtosfer.az | 12 Yanvar 2021 18:32
Salam.Men bilmek isteyirem menim suruculuy huququm 1 illiy mehdudlasdirilib men imtahan vermeliyem 1 il tamam olandan sonra? Yeni her hansi bir imtahana girmeliyem yoxsa imtahansiz suruculuy vesiqemi elde ede bilerem? Elave olarag elde ede bileremse men Mehkemeye muraciet edib bunu etmeliyem yoxsa Baki seheri bas Dovlet yol polis idaresine muraciet etmeliyem? Elave olarag mene 5 sutka inzibati hebs verilib lakin Asan payda qerarsiz olarag mene 500 azn - da cerime yazildigi gosterilir bununla bagli ne etmeliyem?ve bir sualimda beledirki men 6 ay sonra mehkemeye muraciet edib yeniden vesiqemi ala bilerem ya yox ? Eyer bu mumkunduse prasedur necedir?
Ələskər | 9 Yanvar 2021 17:28
Salam. 1 ilə kimi məhdudlaşdırılıdıqda imtahansız alacaqsınız vəsiqəni. Amma vəsiqəni DYP-yə təqdim etməlisiniz ki, 1 illik müddət hesablanmağa başlasın. Təqdim etməsəniz həmin müddət hesablanmayacaq. 500 manat cərimə nəyə görə yazılıb bəs?
Avtosfer.az | 12 Yanvar 2021 18:35
Men suruculuk vesiqemin nomresini nece tapa bilerem. Cunki vesiqem Agsuda Mero da qalib.6 ayliq suruculukden mehrum olmusam. Baxmaq isteyirem ki cerimem var ya yox.
Qasimova Seadet | 9 Yanvar 2021 15:48
my.gov.az saytında elektron kabinet yaradın. Orada sizin bütün şəxsi məlumatlarınız, o cümlədən sürücülük vəsiqəniz yerləşdirilib.
Avtosfer.az | 12 Yanvar 2021 18:36
Salam, arxa stoplarin tundleshdirilmesi cerimedir? Hansiki stoplarin gorunmesine mane olmur.
Veliev | 9 Yanvar 2021 12:25
Salam. Tündləşdirirsinizsə deməli görünüşə də təsir edəcək. Bu isə qadağandır.
Avtosfer.az | 12 Yanvar 2021 18:37
Salam. Menim maşınımın istehsal tarixi 2012 ildir, maşının evvelki sahibi 2020 ilde TB - dan keçib. Zehmet olmasa deyin 2021 ilde TB-dan keçmeliyemmi?
Nazim | 9 Yanvar 2021 08:23
Salam. Əslində 2020-ci ildə yox, 2019-cu ildə keçməli idi. Siz bu il keçməlisiniz.
Avtosfer.az | 12 Yanvar 2021 18:39
Avtomobilim idare edilmediyim halda dayanacaqda olarsa texniki baxış cerimesi sms.radarla teyin olunub.. Bu hal qanunidir?
Qoşqar | 8 Yanvar 2021 23:00
Sualınız aydın olmadı. Avtomobiliniz hansı dayanacaqdadır?
Avtosfer.az | 12 Yanvar 2021 18:40
Avtomobilim idare edilmediyim halda dayanacaqda olarsa texniki baxış cerimesi sms.radarla teyin olunub.. Bu hal qanunidir?
Qoşqar | 8 Yanvar 2021 22:57
Avtomobili idarə etmirsinizsə texniki baxışa görə cərimə yazıla bilməz.
Avtosfer.az | 12 Yanvar 2021 18:41
Salam. Zavudun niva uchun istehsal etdiyi faradi... normativ teleblere cavab verir... el arasinda wrangler deyilir... amma bu jeep wranglere qeti qurashdirmaq olmur... sadece gorunush ona oxhsardi... Buna gore polis masini cerime meydancasina apara biler?
Kamran | 8 Yanvar 2021 22:42
Salam. Əgər normativ tələbi pozmursa quraşdırmaq olar. Bunu isə maşın bazarında satan satıcı ilə yox, mütəxəssislə məsləhətləşmək lazımdır. Faranın iş reijimi, işığın rəngi, səpələnməsi, düşmə bucağı normativ tələbləri pozmamalıdır.
Avtosfer.az | 14 Yanvar 2021 13:13
Salam
Yasin | 8 Yanvar 2021 22:05
Salam.
Avtosfer.az | 12 Yanvar 2021 18:51
Masnimin cermesini sgorta texniki baxsini oyrenmek isdeyirem
Polad | 8 Yanvar 2021 19:33
Asanpay.az saytında elektron kabinet yaradıb baxa bilərsiniz.
Avtosfer.az | 12 Yanvar 2021 18:51
Salam niva 2015 di bufer urban qpyulub buna gore cerime var?
Ferhad | 8 Yanvar 2021 14:09
Salam. Xeyr cəriməsi yoxdur.
Avtosfer.az | 12 Yanvar 2021 18:49