4 qat dünya çempionu karyerasını bitirə bilər

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Sebastyan Fettel gələcəkdə hansı komandanı seçəcəyi ilə bağlı planlarından danışıb. ORF-ə açıqlama verən almaniyalı sürücü "Formula 1"də çox şeyə olduğunu söyləyib.
4 qat dünya çempionu bildirib ki, hazırkı məqsədi irəliləməyə davam etmək və daha çox şeyə nail olmaqdır: "Pul məsələsində narahat olsaydım, gələn mövsüm üçün bəzi komandalarda yer tapardım. Keçmişdə çox böyük uğur qazandığımı başa düşürəm. Pul heç vaxt mənim üçün böyük əhəmiyyət daşımayıb, indi də heç nə dəyişməyib. Sadəcə, bəyənəcəyim variant lazımdır. Onu tapa bilməsəm, yəqin ki, ayrılmağın vaxtı olduğunu dürüst şəkildə söyləməli olacağam".
Qeyd edək ki, daha əvvəl "Ferrari" Sebastyan Fettelin 2020 mövsümündən sonra komandanı tərk edəcəyini açıqlayıb. Fettel İtaliya komandasına 2015-ci ildə "Red Bull"dan keçib. O, "Ferrari"nin üzvü kimi 101 yarışın 14-də qələbə qazanıb, habelə, 2 dəfə vitse-çempion olub. (Report)
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












