Avtomobillər hansı istiqamət üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı və doğru cavabı oxuculara təqdim edir.
Avtomobillər hansı istiqamət üzrə hərəkət edə bilər?
1) Qırmızı yalnız sola, göy düzünə və sola, sarı düzünə və sağa
2) Qırmızı sola və geriyə, göy yalnız sola, sarı düzünə və sağa
3) Qırmızı heç bir istiqamətə, göy düzünə və sola, sarı düzünə və sağa
4) Qırmızı düzünə və sola, göy düzünə, sarı düzünə və sağa
Doğru cavab: 3) Qırmızı heç bir istiqamətə, göy düzünə və sola, sarı düzünə və sağa
İzah: Qanunvericiliyə görə, solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. 5.8.1 və ya 5.8.2 zolaqlar üzrə hərəkəti bildirən nişanlar mövcud olduğu halda isə, sürücü tramvay yoluna çıxmadan sola və ya geriyə dönməlidir.
Təqdim etdiyimiz bu fotoda 5.8.1 nişanları olduğu üçün sola və geriyə dönən sürücülər tramvay yoluna çıxmadan manevr etməlidir.
Beləliklə, qırmızı avtomobil tramvay yoluna çıxdığı üçün qaydaları pozmuş hesab olunur. Göy rəngli avtomobil düzünə və sola, sarı isə düzünə və sağa hərəkət edə bilər.
Çox təəssüf ki, təqdim etdiyimiz bu sualın doğru cavabını tapan oxucumuz olmadı.
Avtomobillər hansı istiqamət üzrə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Yolayrıcında keçmə ardıcıllığını göstərin - DOĞRU CAVAB
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB










