Reklam

Azərbaycanda ilk: Elektromobillərin yarışı keçiriləcək – ŞƏRTLƏR - FOTO

Yarışma 22 İyul 2024 17:08 Oxunub 1204
Azərbaycanda ilk:  Elektromobillərin yarışı keçiriləcək – ŞƏRTLƏR  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə ilk dəfə elektrik avtomobillərin yarışı baş tutacaq. Yarışı Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) həyata keçirir. Bu tədbir barədə Avtosfer.az-a AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib. Bildirib ki, bu, sürət yarışı deyil, bəlkə də əksinə, ən rəvan və ekonomik hərəkət rejimi seçmiş ekipajlar qalib gələcək. "Əsas şərtimiz tam dolu batareyalar ilə Bakı-Nabran-Bakı məsafəsini qət etməkdir. Yarışın finalına keçmək üçün «Palma» istirahət mərkəzinə çatanda elektromobildə 50 faiz enerji ehtiyyatı qalmalıdır. Aydındır ki, bu Bakıya dönməyə zəmin yaradır. Növbəti mərhələdə hakimlər hansı elektromobillərdə faiz baxımından daha çox enerji qaldığını araşdıraraq, ilk 3 qalibi müəyyən edəcəklər. 
Məqsədimiz cəmiyyətə nümayiş etdirməkdir ki, müasir elektromobillər uzaq məsafələrə səyahətlər üçün tam hazırdır. Gəlin xatırlayaq, bu yaxınlarda elektromobildə dünya səyahətinə çıxmış ispaniyalı həvəskar pilot Rafael Mestrenin marşrutu Bakıdan keçirdi. Məhz onunla görüşdən sonra bizdə belə yarışın ideyası yarandı. 2-3 avqust tarixində keçiriləcək yarış insanlarımızın sevimli istirahət məkanı olan Nabranda parlaq elektromobillər festivalı ilə yekunlaşacaq.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və «yaşıl artım ölkəsinə» çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsəində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA silsilə tədbirlər həyata keçirməkdə davam edir. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı dövrdə bu sayaq tədbirlər xüsusi məna daşıyır. Elektromobillərlə yarışacağımız növbəti marşrutlar kimi Şəki və Gəncə nəzərdə tutulur. 
AADA sıralarında 50-dən çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlikdir. Təşkilatın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh