Bakıda beynəlxalq yarışın 8-ci mərhələsi keçirilib - FOTOLAR

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə Azərbaycanda ilk dəfə "Peking to Paris Motors Challenge" beynəlxalq yarışının 8-ci mərhələsi keçirilib.
"Report"un məlumatına görə, Dənizkənarı Milli Parkda yerləşən "Yeddi Gözəl" fəvvarəsinin yanında baş tutan tədbirdə retro avtomobil sevənlər bir araya gəliblər.
"Peking to Paris Motors Challenge" təkcə avtomobil yarışı deyil, həm də macəra və dözümlülük sınağıdır. İştirakçılar retro avtomobillər ilə təxminən 14 min km məsafə qət edərək dünyanın ən çətin marşrutlarından birində yarışırlar.
Otuz yeddi gün davam edəcək "Peking to Paris Motors Challenge" beynəlxalq yarışı mayın 18-də Çin Xalq Respublikasında başlamaqla Monqolustan, Qazaxıstandan keçərək Azərbaycana çatıb. 100 nəfər iştirakçının qatıldığı turnirin Fransada başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, "Peking to Paris Motors Challenge" 1907-ci ilin ilk qabaqcıl yollarında davam edən və əsl dözümlü motor rallisidir.
Tədbir mədəniyyətimizin nümayişi və şənliklə başa çatıb.







Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












