Formula 1 avtomobillərinin “komfortu” - FOTO

Avtomobil sürücülərinin könlündən bir dəfə də olsa idman avtomobili sürmək keçib. Formula 1 avtomobilləri isə bütün yarış maşınlarının “şahı” hesab olunur? Bəs bu avtomobillərdə Avropa və Yaponiyanın standart modellərindəki kimi komfort və rahatlıq varmı?
Avtosfer.az xəbər verir ki, Formula 1 avtomobilinə verilən əsas tələblər yolla yaxşı kontaktda olmaq, sürət və mövsüm sonunadək davam gətirməkdir. Komfort ikinci plandadır. Formula 1 bolidinin salonuna cəmu 1 nəfər yerləşir. Pilot ayaqlarını uzatmış şəkildə oturur. Oturacaq isə pilotun oturma qaydasına əsasən fərdi şəkildə hazırlanır. Yəni, UAZ avtomobilindəki kimi F1 bolidlərində də oturacaq tənzimlənmir, şassiyə sərt şəkildə bərkidilir.
İsti hava isə pilotlar üçün ayrı əziyyətdir. Kondisionerin olmadığı bu avtomobillərdə salonda temperaturun 40 dərəcə olması adi haldır. İsti ərəb ölkələrində yay mövsümündə isə pilotun ayağı altında temperatur bəzən 60 dərəcəyə çatır.
F1 avtomobillərində ən narahatlıqverici məqamlardan biri də səsdir. Mühərrik və aerodinamik küylər bir bininə qarışdıqda səsin şiddəti qırıcı təyyarəyə bərabər olur.
Pilotlar səs və istidən qorunmaq üçün xüsusi kombinezon və dəbilqədən istifadə edirlər.
Vüqar Yaşaroğlu
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













