"Formula 1": "Mercedes" yeni bolidinin görüntülərini yaydı - FOTOLAR

"Formula 1"də çıxış edən "Mercedes" komandası 2020-ci il mövsümü üçün yeni avtomobilinin ilk görüntülərini paylaşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yeni bolid əvvəlki dizayndan ciddi fərqlənmir. Komandanın tərkibi də dəyişilməz qalıb. Mübariz pilotlar qismində yenə britaniyalı 7 qat dünya çempionu Lüis Hemilton və finlandiyalı Valtteri Bottas qalıb.
Qeyd edək ki, "Mercedes" 2014-cü il mövsümündən etibarən "Formula 1"də hegemonlq edir. Almaniya komandası turbomotorların çempionata qayıtmasının ardından son 6 mövsümdə 6 dəfə Konstruktorlar kubokunu qazanıb. "Mercedes" pilotları da eyni sayda dünya çempionu olublar. Titulların 5-i Hemiltonun, 1-i isə 2016-cı ildə idmanla vidalaşan Niko Rosberqin hesabındadır.
Qeyd edək ki, "Formula 1"də mövsümün ilk Qran-prisi 13-15 martda Avstraliyada keçiriləcək.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB














