"Formula 1" rəhbərliyi Çin Qran-prisindən imtina etmək istəmir

"Formula 1" rəhbərliyi koronavirusa görə Çin Qran-prisindən imtina etmək niyyətində deyil. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə idman direktoru Ross Braun "Motorsport" nəşrinə açıqlamasında bildirib.
O, yarışın təxirə salına biləcəyini vurğulayıb: "Qran-prinin aprel ayında baş tutmama ehtimalı varsa, təxirə salınacaq. Bu ilin sonunda bir yarış keçirmə ehtimalını açıq saxlayacağıq. Çində Qran-pri keçirmək istəyirik. Oradakı səlahiyyətli nümayəndələrdən son qərarı gözləyirik. Mart ayındakı bütün sosial tədbirləri ləğv etdilər. Vəziyyət faciəlidir. Düşünürəm ki, növbəti iki həftədə hər şeyin necə olacağı bilinəcək".
Qeyd edək ki, Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirusun aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












