Formula E çempionatının Çin mərhələsi ləğv olunub

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-nCoV koronavirus epidemiyası ilə bağlı Formula E çempionatının martın 21-nə nəzərdə tutulan Çin mərhələsinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, koronavirusun davamlı yayılması nəzərə alınaraq FIA Çin tərəfdaşları ilə qərara gəliblər ki, Haynan əyalətinin Sanya şəhərində keçiriləcək Formula E yarışları ləğv edilsin.
Formula E Ümumdünya Səhiyyə Təşkilatının Çindən yayılmağa başlayan yeni koronavirusun “səhiyyədə qlobal fövqəladə hal" elan etməsinə və getdikcə artan narahatlığa görə, öz işçilərinin, çempionat iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün tədbirləri görməyi vacib saydığını qeyd edib. Məlumatda bildirilir ki, Haynandakı regional tərəfdaşlar və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq davam edəcək. Vəziyyət yaxşılaşarsa, yarışın mümkün alternativ tarixə köçürülməsi ilə bağlı məsələ öyrəniləcək.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








