Göyçayda işıq dirəyi təhlükə saçır: Sakinlərin şikayətinə RƏSMİ REAKSİYA

Göyçay şəhəri Abdulla Faruq küçəsində yerləşən işıq dirəyi qəzalı vəziyyətdədir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial mediada paylaşım edən sakinlərin sözlərinə görə, dirək uzun müddətdir yararsız vəziyyətdədir, gövdəsində dərin çatlar əmələ gəlib və hər an aşıb ciddi fəsadlar törədə bilər.
Onlar bildiriblər ki, taxta dirək tam çürüyüb və əyilərək təhlükəli vəziyyət alıb:
"Onun üzərindəki elektrik naqilləri yüksək gərginliklidir, dirəyin aşması həm insanların həyatına, həm də yaxınlıqdakı evlərə ciddi zərər vurma riski yaradır".
Sakinlər bildiriblər ki, məsələ barədə dəfələrlə Göyçay Rayon Elektrik Şəbəkəsinə müraciət edilib, lakin indiyə qədər heç bir tədbir görülməyib:
"Məktəblərin, uşaq bağçalarının və yaşayış evlərinin yerləşdiyi bu ərazidə vəziyyət açıq-aşkar təhlükə mənbəyidir".
Sakinlər aidiyyəti qurumlardan qəzalı dirəyin təcili dəyişdirilməsini və elektrik xətlərinin təhlükəsiz vəziyyətə gətirilməsini istəyirlər.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, sözügedən küçədə yenidənqurma işləri görüləcək:
"Hazırda Göyçay şəhərinin mərkəzi küçələrində yenidənqurma və bərpa işləri həyata keçirilir. Noyabrın 12-dən etibarən sözügedən küçədə də işlər görüləcək. Proses mərhələli şəkildə icra olunur".
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












