Yolayrıcında keçmə ardıcıllığını göstərin - DOĞRU CAVAB

Avtosfer.az saytı yolayrıcının keçilməsi qaydası ilə bağlı yeni sualı və qalib olmuş oxucunun adını təqdim edir.
Yolayrıcında keçmə ardıcıllığını göstərin.
1) Tramvay, minik və yük
2) Tramvay və yük, minik
3) Minik, tramvay və yük
4) Sürücülər öz aralarında razılığa gəlməlidirlər.
Doğru cavab: 3) Minik, tramvay və yük
İzah: "Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsinin II hissəsində qeyd olunub ki, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.
III hissədə isə qeyd olunub ki, svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.
Təqdim etdiyimiz fotoda yük avtomobili ilə tramvay əlavə bölmə üzrə hərəkət etdikləri və onların əsas bölməsində qırmızı işıq yandığı üçün, əsas bölməsində yaşıl işıq yanan minik avtomobilinə yol verməlidirlər.
Sualın ilk düzgün cavabını verən Azər Qasımov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












