ADY Qazaxıstan və Gürcüstanla əməliyyatları elektron qaydada həyata keçirir
Yeniliklər
3 İyun 2025 14:53

Son 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsallaşdırılması istiqamətində böyük irəliləyişə nail olunub.
Avtosfer.az xəbər verir ki, bu sözləri 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində çıxışı zamanı ADY-ın Rəqəmsal inkişaf departamentinin əməkdaşı Asif Hüseynov deyib.
Onun sözlərinə görə, sənəd dövriyyəsi və yüklərin qəbul edilib, göndərilməsi işləri rəqəmsallaşdırılıb.
“ADY Qazaxıstan və Gürcüstanın Dəmir Yolları ilə əməliyyatları və sənəd dövriyyəsini elektron qaydada həyata keçirir. Rəqəmsallaşdırma işləri TRACECA-nın təqdim etdiyi proqramlar üzərində həyata keçirilir”, - deyə A.Hüseynov nəzərə çatdırıb.
Oxunub : 824
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 15:48
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
13 Noyabr 2026 13:41
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
13 Noyabr 2026 11:41
Qaradağda yeni körpü TİKİLİR
12 Noyabr 2026 14:53
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
ŞƏRH YAZ












