Ağdamda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək - VİDEO

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda ilk dəfə olaraq elektromobillərin şarj cihazlarının istehsalına başlayacaq.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bunu şirkətin texniki direktoru Ruslan Şıxəliyev jurnalistlərə açıqlamasında deyib.
R.Şıxəliyev bildirib ki, şirkətin məhsulları Qarabağ bölgəsində təmir-bərpa işlərində istifadə olunur: “Şirkətimiz 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti olub. İstehsala isə 2024-cü ilin sentyabr ayında başlanılıb. İstehsal sahəsinin birinci mərhələsində 0,4 kV-luq idarəetmə panelləri, 6,10,35 kV-luq elektrik yuvaları istehsal olunur. Müəssisədə əsasən yerli əhali olmaqla, 45 nəfər işlə təmin edilib. İkinci mərhələdə işçilərin sayının 70-80 nəfərə çatdırılması nəzərdə tutulub. Yaxın zamanda istehsal olunan məhsulların xaricə ixrac olunması planlaşdırılır”, - deyə o bildirib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












