Ağdam–Xankəndi dəmir yolu və Füzuli–Xocavənd avtomobil yolunun inşasında SON DURUM - VİDEO

Ağdam-Xankəndi dəmir yolu və Füzuli-Xocavənd avtomobil yolunda tikinti işləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
ADY-nin yaydığı məlumata görə, Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə hazırda layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını tamamlanıb.
Ümumi uzunluğu 30.8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.
Ağdam-Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq yekunlaşıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir.
Ağdam-Xankəndi dəmir yolunun istifadəyə verilməsi Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, bölgənin sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə "Böyük Qayıdış" prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.
AAYDA-nın yaydığı məlumata əsasən isə 19.2 kilometrlik Füzuli-Xocavənd avtomobil yolunda tikinti işləri davam edir.
Hazırda yolun müxtəlif hissələrində torpaq işləri, drenaj sistemlərinin qurulması və suötürücü qurğuların inşası həyata keçirilir. Layihə üzrə ümumi icra səviyyəsi 33.5 faiz təşkil edir.
Füzuli və Xocavənd rayonlarını birləşdirən bu strateji yol nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesinə, təhlükəsiz yük və sərnişin daşımalarına, eləcə də Qarabağın sosial-iqtisadi və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən həyata keçirilir.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












